İlham Əliyev: "Ölkədə dayanıqlı inkişafın təmin olunması üçün bundan sonra da sahibkarlığın inkişafı diqqət mərkəzində saxlanılmalıdır"
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan iclasında söylədiyi fikirlər bütün istiqamətlər üzrə mühüm və tarixi əhəmiyyətli tezislər müəyyənləşdirmişdir. Prezident İlham Əliyev sahibkarlığın inkişafı haqqında danışaraq qeyd etmişdir ki, prioritet təşkil etməyən layihələrə vəsaitin ayrılması dayandırılmalı, büdcə xərclərinin strukturuna yenidən baxılmalı və büdcə vəsaiti qənaətlə işlədilməlidir: "Sahibkarlar vergiləri vaxtında ödəməli, onların qarşısında əsassız ödəmələrlə bağlı tələb qoyulmamalıdır". Korrupsiya ilə mübarizə hallarının daha da gücləndirilməsinin, bu sahədə sistem xarakterli islahatların davam etidirilməsinin, "ASAN xidmət"in fəaliyyətinin genişləndirilməsinin zəruri olduğunu deyən Prezident İlham Əliyev korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə ictimai nəzarətin də gücləndirilməsinin əhəmiyyətindən danışıb. Dövlət başçısı bildirib ki, ölkədə dayanıqlı inkişafın təmin olunması üçün bundan sonra da sahibkarlığın inkişafı diqqət mərkəzində saxlanılmalı, xarici sərmayələr daha çox qeyri-neft sektoruna cəlb olunmalı, biznes mühiti yaxşılaşdırılmalı, yoxlamaların tənzimləmə mexanizmləri hazırlanmalı, yoxlamaların və lisenziyaların sayı kəskin şəkildə aşağı salınmalıdır.
Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı İqtisadiyyat və Sənaye Nazirliyində geniş kollegiya iclası keçirilib və iclasda insanların həyat və sağlamlığının qorunması halları ilə bağlı zəruri nəzarət tədbirləri istisna olmaqla, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən sahibkarlıq subyektlərində aparılan bütün yoxlamaların dayandırılması qərara alınıb.
"Prokurorların və bütün prokurorluq əməkdaşlarının fərdi məsuliyyət hissinin artırılması ilə əlaqədar rəsmi göstəriş verilib"
Eyni zamanda, Prezident İlham Əliyevin cari il oktyabrın 12-də keçirilmiş Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclası zamanı verdiyi tapşırıq və tövsiyələrdən irəli gələn məsələlərin icrası məqsədilə Baş prokuror Zakir Qaralovun sədrliyilə oktyabrın 14-də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində qurumun fəaliyyətinin daha da gücləndirilməsi və səmərəliliyinin artırılması ilə əlaqədar geniş əməliyyat müşavirəsi keçirilib.
Müşavirədə dövlət başçısının göstərişlərinin icrasilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin qarşısında konkret tapşırıqlar müəyyən edilib.
"Prezidentin çıxışını sahibkarlığın inkişafında yeni bir mərhələnin anonsu kimi qiymətləndirmək mümkündür"
İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov müşavirənin əhəmiyyətindən danışarkən bildirib ki, Prezidentin çıxışında qeyd etdiyi əsas məsələlərdən biri ondan ibarətdir ki, sahibkar vergini ödəməlidir, amma bu sahədə sahibkarın fəaliyyətinə digər müdaxilələr olmamalıdır: "Yəni sahibkar yalnız məcburi öhdəliyi olan vergini ödəsin və bu aspektdən sahibkarlıq fəaliyyətinə digər müdaxilə olmasın. Amma onu da qeyd etmək lazımdır ki, Vergilər Nazirliyi elektron hökumətin elementlərini ən çox tətbiq edən dövlət qurumudur, yəni vergilər sahəsində elektronlaşma ilə bağlı elə də ciddi problem yoxdur. Prezident son çıxışı ilə bir daha təsdiq edib ki, sahibkarların yanındadır. Çünki Prezident həm bu gün sahibkarların üzləşdikləri problemlərlə bağlı kifayət qədər məlumatlıdır, həm də sahibkarların üzləşdikləri problemlərin həlli, vəziyyətin yaxşılaşdırılmasilə bağlı siyasi iradə ortaya qoyub. Prezidentin çıxışında tezislər üzrə problemlər qruplaşdırılsa, 3 qrup problemlərdən danışmaq lazımdır. Bunlardan ən çox müşahidə edilən sahibkarlıq orqanlarının fəaliyyətinə yersiz müdaxilələr və yoxlamalarla bağlıdır: "Aparılan monitorinqdə göstərir ki, sahibkarların fəaliyyətini daha çox yoxlama hüququ olmayan bir sıra dövlət orqanları yoxlayırlar və bu, heç də sahibkarlara xoş niyyətdən irəli gəlmir. Yoxlama hüququ olan dövlət orqanlarının fəaliyyətinin də tənzimlənməsi, yoxlamaların elektron qeydiyyatının aparılması zəruridir. Digər məqam lisenziyaların sayında artımla əlaqədardır. Monitorinqlər göstərir ki, əksər hallarda sahibkarlar tək lisenziyaya görə ödəniş etmirlər, bunun üçün əlavə pul verməli olurlar. Lisenziyaların sayının azaldılması, elektronlaşdırılması və sadələşdirilməsinə ehtiyac var. Lisenziyaların sektoral olmasını təklif edirik. Məsələn, qida sənayesində fəaliyyət göstərən sahibkarlar istər-istəməz qida növlərinə uyğun olaraq ayrı-ayrı lisenziyalar almalı olurlar. Təbii ki, buna ehtiyac yoxdur. Sektoral sistemin tətbiqi imkan verəcək ki, sahibkar yalnız bir lisenziya almaqla eyni sektorda fəaliyyət göstərmək imkanları əldə etsin. Lisenziyaların verilməsi prosedurunun asanlaşdırılması və lisenziyaların "ASAN xidmət" tərəfindən verilməsinə imkan yaradılmasına ehtiyac var. Bu, bürokratiyanın qarşısını alacaq, imkan verəcək ki, sahibkar əlavə xərc ödəmədən lisenziya ala bilsin". V. Bayramov dövlət başçısının çıxışında qeyd etdiyi üçüncü qrup problemlərin inhisarçılıq, bazara çıxış imkanlarının məhdud olması ilə əlaqədar olduğunu söyləyib: "Bu, kifayət qədər aktual məsələdir və bu sahədə addımların atılmasına ehtiyac var. Burda problemin aradan qaldırılması yollarından biri də elektronlaşmadır. Ümumiyyətlə, istər lisenziyalaşma sistemi, istər də digər problemlərin həlli birbaşa elektronlaşma ilə bağlıdır. Bütövlükdə Prezidentin çıxışını sahibkarlığın inkişafında yeni bir mərhələnin anonsu kimi qiymətləndirmək mümkündür".
"Kiçik və orta sahibkarlığın inkişafı üçün vergi güzəştləri tətbiq edilməlidir"
İqtisadçı-ekspert Samir Əliyev də bildirib ki, son müşavirə bir daha onu göstərdi ki, hökumət qeyri-neft sektorunu inkişaf etdirməkdə maraqlıdır: "Azərbaycanda qeyri-neft sektorunun inkişafının yolu sahibkarlığın inkişaf etdirilməsindən keçir. Sahibkarlığın inkişaf etdirilməsi üçün bəzi problemlər aradan qaldırılmalıdır. Samir Əliyevin fikrincə, bununla bağlı ilk növbədə lisenziyalaşdırma sahəsində islahatların aparılmasına ehtiyac var: "Bizdə 2002-ci ildə Prezidentin lisenziyalaşdırılma ilə bağlı müvafiq Sərəncamı oldu və orda xeyli fəaliyyət növləri var idi ki, bunlar lisenziya fəaliyyətindən azad olundu. 2002-ci ildə atılmış bu addım lisenziyalaşma sahəsində kifayət qədər irəli atılmış addım idi. Ancaq sonrakı dövrlərdə bu təşəbbüs davam etmədi, təkmilləşmədi və bir növ əks proseslər-yəni lisenziyaların artırılması prosesi baş verdi. Lisenziyaların sayının azaldılması sahibkarların vaxt itkisinin qarşısını alacaq və onları əlavə xərclərdən azad edecək. Bunun üçün o, lisenziyalaşdırma sahəsində vahid pəncərə sisteminin tətbiq olunmasını və bəzi sahələrə indiki kimi 5 illik yox, xaricdə olduğu kimi, müddətsiz lisenziyaların verilməsini təklif edir: "Lisenziyanın alınması ilə bağlı kifayət qədər problemlər var. Misal üçün, sahibkar şirkətin fəaliyyət göstərməsi üçün bəzi halda bir neçə dövlət qurumundan lisenziya almaq məcburiyyətində qalır. Bu, sahibkarlıq üçün vacib əlamətlərdən biridir. Sahibkarların bir neçə quruma müraciət etməməsi üçün lisenziyalaşdırma sahəsində vahid pəncərə sisteminin tətbiqi yaxşı olar. Elektron şəkildə, onlayn qaydada lisenziyanın alınması prosesi tətbiq olunsa, çox yaxşı olar. Bundan başqa, bu gün dünyada lisenziyaların müddətsiz verilməsi yanaşması mövcuddur. Yəni bir qayda olaraq müəyyən sahələr var ki, həmin sahələrə lisenziya müddətsiz verilir. Bu gün sahibkarlıq fəaliyyəti dəxli olan və dəxli olmayan qurumlar tərəfindən yoxlamalara məruz qalır".
Samir