Siyasət

  • 2 587

Azərbaycan XİN Avropa Şurası sədrinin ittihamlarına cavab verib

image

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə Avropa Şurasının sədri, İslandiyanın xarici işlər naziri Tordis Kolbruna cavab verib. SİA-nın A.Hacızadənin "Twitter" səhifəsindəki paylaşımına istinadən məlumatına görə, XİN mətbuat katibi Laçın-Xankəndi yolunda Azərbaycan torpaqlarının qanunsuz istismarını və yolun sui-istifadəsini dayandırmaq tələbi ilə keçirilən dinc aksiyaların qanuni olduğunu bildirib.

“Paradoksal olsa da, İslandiya nümayəndəsi Avropa Şurasının Nazirlər Komitəsində yüzminlərlə azərbaycanlı məcburi köçkünün hüquqlarını, Ermənistan tərəfindən törədilən hərbi cinayətləri və beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasını inkar edir”,- paylaşımda deyilir.

Xatırladaq ki, dekabrın 12-dən etibarən azərbaycanlı eko fəallar, ictimaiyyət nümayəndələri sülhməramlıların postu yaxınlığında etiraz aksiyası keçirirlər. Aksiyada etiraz edənlərin əsas tələbləri Rusiya sülhməramlılarının komandanı Andrey Volkovun gəlməsi, azərbaycanlı mütəxəssislərin montorinq aparılması üçün lazımi şərait yaradılması, ermənilərin Azərbaycan torpaqlarında ekoloji terrora son qoyulması, Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasıdır.

Digər xəbərlər