Siyasət

  • 1 460

4 Aprel döyüşləri - Zəfərin başlanğıcı - ŞƏRH

image

Tariximizə qalibiyyət ruhu kimi yazılan Aprel döyüşlərinin başlamasından 8 il ötməkdədir. Məhz 1 aprel 2026-cı ildə torpaqlarımızı işğal altında saxlayan Ermənistanın növbəti təxribatına cavab olaraq başladılan əks-hücum əməliyyatı nəticədə Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı kəndi, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində bir sıra mühüm və strateji əhəmiyyətli mövqelər azad olundu. Aprelin 4-də Ermənistan ordusu itirilmiş mövqelərini geri qaytarmaq məqsədilə cəbhənin, əsasən, Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində mövqelərimizə yenidən hücum etdi, o zaman mövcud olan təmas xəttinə yaxın yaşayış məntəqələrimizi intensiv atəşə tutdu. Amma hərbçilərimiz bu hücumun qarşısını şücaətlə alaraq, Ermənistan ordusunu ağır məğlubiyyətə uğratdı və qarşı tərəf öz məqsədinə nail ola bilmədi.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Silahlı Qüvvələrimizin düşmənə sarsıdıcı zərbə endirməsi və cəbhə boyunca irəliləməsi isə gözünü belə açmağa imkan tapmayan düşmənin böyük itkilər verərək geriyə çəkilməsi, qaçması ilə başa çatdı. Dördgünlük müharibə zamanı təkcə Ermənistan deyil, bütün dünya Azərbaycan Ordusunun gücünü gördü. Həmin döyüşlər eyni zamanda Ermənistan ordusunun gücü barədə yayılan mifi də darmadağın etdi. Döyüşlər Ermənistanın xahişləri, yalvarışları ilə Rusiyanın vasitəçiliyi ilə 2016-cı il aprelin 5-də dayandırıldı. Erməni silahlı qüvvələri bu döyüşlərdə böyük itkilərə məruz qaldı. Ordumuzun qəti zərbələri nəticəsində qarşı tərəfin 30-dək tankı, 25-dən çox artilleriya qurğusu və digər zirehli texnikası məhv edildi, 320 hərbçisi öldü, 500-dən artıq döyüşçüsü yaralandı. Eyni zamanda döyüşlərdəki ağır məğlubiyyət Ermənistanın siyasi-hərbi rəhbərliyində dərin çatların əmələ gəlməsinə səbəb oldu. Ermənistan silahlı qüvvələrində istefalar baş verdi, həbslər oldu.Bu döyüşlər Azərbaycan xalqının erməni işğalı altında olan torpaqların hərbi yolla azad edilməsinə inamını möhkəmləndirdi. Aprel şəhidləri isə xalqımızın qüdrətini, qələbə əzmini bir daha sübut etdi.

Prezident İlham Əliyev aprel döyüşlərində əldə edilmiş qələbə ilə bağlı deyib: "Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir... Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir. Aprel döyüşləri, eyni zamanda, ordumuzun peşəkarlığını göstərmişdir. Ordumuz əlverişsiz mövqelərdən əks-hücum əməliyyatı apararaq strateji mövqelərə sahib oldu".

Uğurlu aprel qələbəsindən iki il sonra ordumuz daha bir böyük zəfər qazandı. 2018-ci ilin mayında Əlahiddə Ümumqoşun Ordu tərəfindən Günnüt kəndi və ətraf ərazilərin nəzarət altına alınması bir daha göstərdi ki, əsgər və zabitlərimiz qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirmək əzmindədir. 2018-ci il iyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə Bakının Azadlıq meydanında təntənəli hərbi parad keçirildi. Həmin paradda 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Naxçıvan əməliyyatında işğaldan azad olunmuş torpaqlarda qaldırılmış Azərbaycan bayraqları nümayiş etdirildi. Paradda çıxış edən Prezident İlham Əliyev demişdir ki, gün gələcək bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Və o gün gəldi, azad edilmiş torpaqlarda qaldırılmış Azərbaycan bayraqları 2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradında nümayiş etdirildi.

Vurğuladığımız kimi, Aprel döyüşləri Vətən müharibəsində böyük qələbəyə gedən yolda mühüm əhəmiyyət kəsb edir. Bu, döyüşdə qazanılan təcrübə İkinci Qarabağ müharibəsində uğurla tətbiq olundu. Qalib Prezidentimiz İlham Əliyev cənablarının dediyi kimi, Böyük Qayıdışımız məhz Cəbrayıldan, Aprel döyüşlərində azad olunmuş Cocuq Mərcanlı kəndindən başladı. İkinci Qarabağ müharibəsindəki birinci ciddi uğurumuz da məhz Cəbrayıl şəhəri ilə, Cəbrayıl rayonu ilə bağlıdır. Bu, ölkəmizin tarixində əbədi qalacaq bir hadisədir. Çünki müharibənin birinci həftəsində, oktyabrın 4-də Cəbrayıl şəhəri işğaldan azad edildi.

Bir sözlə, Aprel döyüşləri işğalçılar üçün bir mesaj, bir siqnal idi ki, işğala son qoyun, torpaqlarımızdan çıxın, rədd olun. Belə ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev hərbi hissənin şəxsi heyəti qarşısında çıxışı zamanı bildirmişdir: «Bizim Aprel döyüşlərindəki qələbəmizdə xüsusi təyinatlıların çox böyük xidmətləri olmuşdur. Ancaq əfsuslar ki, Aprel hadisələri işğalçılar üçün dərs olmadı. Onlar işğalı əbədiləşdirmək üçün öz səylərini davam etdirdilər və işğalı əbədi etmək üçün Azərbaycana, Azərbaycan Silahlı Qüvvələrinə hədə-qorxu gəlməyə davam etdilər. Bizi yeni müharibə ilə hədələyən düşmən İkinci Qarabağ müharibəsində öz dərsini aldı. “Qarabağ Ermənistandır və nöqtə” deyən düşmən bu gün “Qarabağ Azərbaycandır” deyir. Nəyin hesabına? Danışıqlar hesabına yox! Güc hesabına, qüdrət hesabına, Azərbaycan Ordusunun Zəfəri hesabına! Biz güclü ordu yaratmışıq. Bundan sonra da bu istiqamətdə işlər aparılacaq”.

Və bu gün biz fəxrlə xatırlayırıq ki, 4 günlük hərbi əməliyyatlardan sonra Ali Baş Komandan, Prezident İlham Əliyev azad olunmuş ərazilərimizə səfər edərkən növbəti zəfərlərin anonsunu verirdi, “Azərbaycan xalqı heç vaxt torpaqlarının işğal altında qalması faktı ilə barışmayacaq” bəyanatı da buna danılmaz sübut idi!

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev verdiyi bütün vədlərini yerinə yetirdi! Əldə edilən qalibiyyətlərdən sonra - 2018-ci il iyunun 26-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə Bakının Azadlıq meydanında təntənəli hərbi parad keçirildi. Həmin paradda 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Naxçıvan əməliyyatında işğalçılardan azad olunmuş torpaqlarda qaldırılmış Azərbaycan bayraqları nümayiş etdirildi. Paradda çıxış edən Prezident İlham Əliyev onda da mühüm bəyanat səsləndirdi: “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək”.

Müzəffər Ali Baş Komandanımız verdiyi bu vədini də yerinə yetirdi. Azad edilmiş torpaqlarda qaldırılmış Azərbaycan bayraqları 2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında - Vətən müharibəsində qazanılmış Qələbəyə həsr olunmuş Zəfər paradında, düşmən qənimətlərinin başı üzərində nümayiş etdirildi.Bir sözlə, Aprel döyüşləri zamanı qazandığımız şanlı qələbə sübut etdi ki, Azərbaycan Silahlı Qüvvələri tez bir zamanda işğal altındakı bütün ərazilərimizi azad etmək gücündədir.

ZƏRİFƏ QULİYEVA,

YAP Veteranlar Şurasının üzvü, "Modern ailə və inkişaf" İctimai Birliyin sədri

Digər xəbərlər