Siyasət

  • 796

Bizim ailəmiz türk dünyasıdır ŞƏRH

image

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iyul ayının 6-da Şuşada Türk Dövlətləri başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxış edərək qonaqları salamlamış, bu sammitin Türk dünyasının birliyi istiqamətində növbəti həmrəyliyinin əyani göstəricisi kimi dəyərləndirilmişdir.

Çıxışda vurğulanmışdır ki, hazırda Türk dünyası real bir güc mərkəzinə çevrilməkdədir. Çünki, Türk dünyası getdikcə artan əhalisi və əhalinin tərkibində gənclərin üstünlüyü, zəngin təbii sərvətlər, şaxələnmiş nəqliyyat-logistika sistemi, türkdilli dövlətlərin geniş bir strateji və coğrafi məkanı əhatə etməsi bu fikrə gəlməyə əsas verir.

Vaxtilə Azərbaycan Respublikasının Prezidentinin XXI əsrin türk dünyası əsri olacağı barədə dedikləri bu gün həqiqətə çevrilmişdir.

Cənab Prezident cari ilin fevral ayının 14-də Milli Məclisdə keçirilən andiçmə mərasimində “Bizim ailəmiz türk dünyasıdır” ifadəsini səsləndirməklə sübut etdi ki, Azərbaycan türk dünyasının birliyi naminə fəal iş aparır və artıq bu mübarizə öz bəhrəsini vermişdir. Şuşada yenidən Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin qeyri-rəsmi Zirvə görüşü sadalanan fikirlərin əyani sübutudur.

Türk dövlətlərinin birliyinə, həmrəyliyinə şahidlik edən Şuşadan dünyaya çağırışlar olundu. Hər il Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsinin təşəbbüskarı məhz Prezident İlham Əliyevdir.

Bu təşəbbüsün bütün Türk dövlətləri tərəfindən dəstəklənməsi Azərbaycanın beynəlxalq nüfuzunun, dövlətimizin başçısına böyük etimadın göstəricisidir. Qürurvericidir ki, 2021-ci ildə cənab İlham Əliyevin Sərəncamı ilə Qarabağın tacı Şuşa Azərbaycanın, 2023-cü ildə TÜRKSOY tərəfindən Türk dünyasının, 2024-cü ildə isə ICESCO tərəfindən İslam dünyasının mədəniyyət paytaxtı elan edildi. 2022-ci il ölkəmizdə “Şuşa İli” elan edilmişdi.

Azərbaycanın döyünən ürəyi olan Şuşa bu illər ərzində türk dövlətlərinin liderlərini dəfələrlə ayrı-ayrılıqda qarşılamaq sevincini yaşayıb. İyulun 5-6 tarıxində isə onların birliyinə, həmrəyliyinə şahidlik etdi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Türk Dövlətlərinin qeyri-rəsmi Zirvə görüşündə çıxışına “Azərbaycana, Qarabağa “Xoş gəlmisiniz!” çağırışı ilə başlaması hər birimizdə böyük qürur hissi yaratdı. Tarixi Zəfərimizdən sonra paytaxt Bakı ilə yanaşı, erməni işğalından azad edilmiş ərazilərimizin, xüsusilə Şuşanın iqtisadi, siyasi, humanitar, diplomatik mərkəzə çevrilməsi qürurvericidir.

Şuşa 2022-ci ildə bütün dünya azərbaycanlılarını, 2024-cü ildə isə Türk dövlətlərinin rəhbərlərini bir araya gətirdi, qarşıda dayanan hədəflər bu məkandan səsləndirildi. Azərbaycanın Türk dünyasının birliyinə töhfələri bütün Türk dövlətləri tərəfindən təqdir edilir.

Nazim BÜNYATOV,

YAP Ağcabədi rayon təşkilatının sədr müavini

Digər xəbərlər