Siyasət

  • 851

“Antiterror tədbirləri XXI əsrin hərb tarixinə qızıl hərflərlə adı yazılmış bir hadisədir“ - ŞƏRH OLUNDU

image

“Antiterror tədbirləri XXI əsrin hərb tarixinə qızıl hərflərlə adı yazılmış bir hadisədir. Çünki 23 saat ərzində çox geniş bir coğrafiyada, geniş tərkibdə olan silahlı qüvvələrə qarşı Azərbaycan ordusu uğurlu hərbi əməliyyat keçirdi. Bu hərbi əməliyyat həm taktiki, həm də strateji cəhətdən tam olaraq qalib olduğumuz hərbi tədbirlər idi”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Kazım Kazımov deyib. O bildirib ki, ikinci Qarabağ müharibəsində də biz eyni şəkildə uğur qazanmışdıq: “Antiterror tədbirlərinin əsas mahiyyəti ondan ibarət idi ki, torpaqlarımızdakı separatçı qüvvələr tamamilə ərazilərimizdən təmizləndilər. İkincisi isə Azərbaycan ərazi bütövlüyü tam olaraq bərpa edildi və Azərbaycan ərazisində sadəcə Azərbaycan qoşunları qaldı.Azərbaycanın ərazi bütövlüyünün tamamilə bərpa edilməsindən sonra artıq bizim torpaqlarımızda heç bir problem qalmadı. Bu bizim uzun illərdir, hətta xanlıqlar dövründən bəri heç bir zaman görmədiyimiz hadisə idi. Çünki Azərbaycan Xalq Cümhuriyyəti dövründə, Sovet dövründə də hər zaman Qarabağda problemlər olub. Müstəqilliyimizin ilk günlərindən təəssüflər olsun ki, Qarabağı itirmişik. Demək olar ki, Xankəndidə Azərbaycan bayrağı heç bir zaman ucalmayıb. Lakin antiterror tədbirlərindən sonra tariximizdə yeni bir səhifə açıldı.Artıq bütün dünya Azərbaycan ordusunun qüdrətinin şahidi oldu. Həqiqətən də 23 saat ərzində bu cür əməliyyat keçirmək çox çətin idi. Bu, həm ordumuz, həm də hakimiyyətimizin çox ciddi gücə sahib olduğunu göstərir. Eyni zamanda, Azərbaycan tərəfi bu məsələdə də öz humanizmini göstərdi. Çünki sözügedən ərazilərdə mülki ermənilər var idi və onlara istədikləri təqdirdə Azərbaycan vətəndaşlığını qəbul edərək, qanunlarımız çərçivəsində burada yaşamaq da təklif olundu. Həmçinin getmək istəyənlərə də lazımi şərait yaradıldı. Bu da insanlıq, humanizm tarixində özünə yer etmiş hadisə oldu”.

Müəllif: Səbinə Hüseynli

Digər xəbərlər