PDF Oxu

Siyasət

  • 1 077

"Ən çətin anlarda "Səs" qəzeti öz mövqeyi və sözü ilə seçilib" - MÜNASİBƏT BİLDİRİLDİ

image

""Səs" qəzeti müasir Azərbaycan tarixinin bir parçası və salnaməçisidir" Bu sözləri SİA-ya açıqlamasında Mətbuat Şurası İdarə heyətinin üzvü, media eksperti Azər Həsrət deyib.Onun sözlərinə görə, "Səs" qəzeti Azərbaycanın müstəqillik tarixindən də artıq tarixə sahibdir: "Bu qəzet dövrün bütün mərhələlərində mübarizənin önündə olub. Ən çətin anlarda "Səs" qəzeti öz mövqeyi və sözü ilə seçilib. Hələ Ulu Öndər Heydər Əliyev təzyiqlərə məruz qalarkən "Səs" qəzeti onun üçün bir tribuna rolunu oynayıb".Azər Həsrət sözlərinə belə davam edib: "Sonrakı dönəmdə Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə "Səs" qəzeti nisbətən rahat bir dövrə qədəm qoydu. Amma bu qəzetin məsuliyyətini heç də azaltmayıb. Əksinə, daha da artırıb və "Səs" qəzeti özəlliklə anti-azərbaycan mövqeyində duranlara qarşı mübarizədə həmişə kəskin sözü ilə fərqlənib.Bu gün də "Səs" qəzeti Azərbaycan media məkanında özünəməxsus yeri və sözü olan media qurumu kimi fəaliyət göstərir. Yəni, faktiki olaraq "Səs" qəzeti müasir Azərbaycan mediasının ən gözəgəlimli örnəklərindən biridir. Bu münasibətlə mən qəzeti və bütövlükdə SƏS Media Qurupun rəhbəri Bəhruz Quliyevi təbrik edirəm. Daha uzun ömürlər və böyük nailiyyətlər arzulayıram. "Səs" qəzeti olmazsa-olmazımızdır. Biz onu izləyirik və bundan sonra da mövcud olmasını, belə də davam etməsini arzulayırıq".

Ayşən Vəli

Digər xəbərlər