PDF Oxu

Siyasət

  • 836

Tovuzda Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib

image

Tovuzda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib.

Tədbirdə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, rayon hüquq mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisə rəhbərləri, rayon ağsaqqalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Müşavirəni giriş sözü ilə açan Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov Prezident İlham Əliyevin qurultaydakı nitqinin ölkəmizin gələcək inkişaf istiqamətlərini, milli təhlükəsizliyin və müstəqilliyin qorunmasını, iqtisadi tərəqqinin davam etdirilməsini müəyyənləşdirən mühüm proqram xarakterli çıxış olduğunu bildirib. Qeyd edib ki, dövlət başçısının qarşıya qoyduğu vəzifələr əldə olunmuş tarixi nailiyyətlərin qorunmasını, milli-mənəvi dəyərlərin möhkəmləndirilməsini, xüsusilə uşaqların və gənclərin zərərli ideoloji təsirlərdən müdafiəsini, maarifləndirmə işinin gücləndirilməsini və bütün sahələrdə fəaliyyətin nəticəyönümlü qurulmasını tələb edir. Rayon rəhbəri Tovuzda sosial-iqtisadi inkişaf istiqamətində görülən işlərdən, əhalinin qaz, elektrik və içməli su təminatının yaxşılaşdırılması, yol infrastrukturunun yenilənməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Həmçinin, kənd təsərrüfatının inkişafının əhəmiyyətini vurğulayaraq, Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramından irəli gələn vəzifələrə toxunub. O, aidiyyəti qurumların rəhbərlərini Prezidentin nitqindən irəli gələn vəzifələrin icrasına məsuliyyətlə yanaşmağa, ailələrlə və vətəndaşlarla birbaşa ünsiyyəti gücləndirməyə, xüsusilə gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, təhsilin və milli-mənəvi dəyərlərin qorunması istiqamətində ardıcıl tədbirlər görməyə çağırıb.

Sonra Tovuz rayon üzrə Təhsil Sektorunun müdiri Aysel Quliyeva, Tovuz Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Abonent xidmətləri şöbəsinin rəisi İlkin Hüseynov, RİHB-nın Hacıalılı kənd İƏD üzrə nümayəndəsi Sahib Quliyev və Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü Mücəməddin Axundov çıxış ediblər. Çıxışlarda Prezident İlham Əliyevin müəyyən etdiyi inkişaf prioritetlərinin həyata keçirilməsində hər bir qurumun üzərinə düşən vəzifələrdən, təhsil və maarifləndirmə işinin gücləndirilməsindən, kommunal xidmətlərin keyfiyyətinin yüksəldilməsindən, ailələrlə işin düzgün təşkilindən, gənclərin dövlətçilik və vətənpərvərlik ruhunda yetişdirilməsindən, milli-mənəvi dəyərlərin qorunmasından bəhs olunub. Müşavirədə qarşıda duran vəzifələrin əlaqələndirilmiş şəkildə həyata keçirilməsinin və görülən işlərin səmərəliliyinin artırılmasının vacibliyi vurğulanıb.

Digər xəbərlər