PDF Oxu

Siyasət

  • 546

YAP-ın VIII Qurultayından irəli gələn çağırışlar partiya üzvləri ilə müzakirə edilib

YAP-ın VIII Qurultayından irəli gələn çağırışlar partiya üzvləri ilə müzakirə edilib

Yeni Azərbaycan Partiyası Xocavənd rayon təşkilatı tərəfindən Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin 2 oktyabr 2026-cı il tarixində YAP-ın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli çıxışından irəli gələn məsələlərlə bağlı Qaradağlı kənd, Kuropatkin kənd və Əmirallar kənd ərazi partiya təşkilatlarında görüşlər keçirilib.

Görüşlər Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan Vətən övladlarının, eləcə də Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Ərazi partiya təşkilatlarında keçirilən görüşlərdə YAP Xocavənd rayon təşkilatının sədr müavini Sahil Şirinli tədbirləri giriş sözü ilə açaraq Prezident İlham Əliyevin VIII Qurultayda səsləndirdiyi proqram xarakterli çıxışın ölkəmizin gələcək inkişafı baxımından əhəmiyyətindən danışıb. O bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpasından sonra keçirilən VIII Qurultay ölkəmizin yeni inkişaf mərhələsində qarşıya qoyulan məqsədlərin və strateji prioritetlərin müəyyənləşdirilməsi baxımından mühüm siyasi hadisədir. Sahil Şirinli vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik siyasəti bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. O, partiya üzvlərini qurultaydan irəli gələn çağırışları fəaliyyətlərində əsas tutmağa, ictimai-siyasi fəallıqlarını artırmağa və qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsində məsuliyyətlə iştirak etməyə çağırıb.

Görüşlərdə Qaradağlı kənd ərazi partiya təşkilatının sədri Elbrus Şirinov, Kuropatkin kənd ərazi partiya təşkilatının sədri Baris Alışov, Əmirallar kənd ərazi partiya təşkilatının sədri Şəmil Balakişiyev və digər çıxış edənlər Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi fikirlərin əhəmiyyətindən bəhs ediblər. Natiqlər qeyd ediblər ki, qurultayda müəyyənləşdirilən strateji hədəflər ölkəmizin davamlı inkişafı, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və milli maraqların qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Çıxışlarda Ulu Öndər Heydər Əliyevin siyasi irsinin və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin ölkəmizin qazandığı uğurlardakı rolu vurğulanıb. Eyni zamanda, partiya üzvlərinin ictimai-siyasi fəallığının artırılması, ərazi partiya təşkilatlarında təşkilati işlərin təkmilləşdirilməsi, gənclərlə işin genişləndirilməsi və əhali ilə əlaqələrin möhkəmləndirilməsi məsələlərinə toxunulub. Bildirilib ki, qurultaydan irəli gələn çağırışların uğurla həyata keçirilməsi üçün hər bir partiya üzvü fəallıq göstərməli, üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirməli və qarşıya qoyulan məqsədlərin reallaşdırılmasına öz töhfəsini verməlidir.

Görüşlərdə qurultaydan irəli gələn tapşırıq və tövsiyələrin partiya təşkilatlarının gündəlik fəaliyyətində əsas istiqamət kimi rəhbər tutulmasının, partiya üzvləri arasında həmrəyliyin gücləndirilməsinin və cəmiyyətlə əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Sonda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətə dəstək ifadə olunub, Yeni Azərbaycan Partiyasının qarşıya qoyduğu məqsəd və vəzifələrin reallaşdırılması istiqamətində birgə və məqsədyönlü fəaliyyətin vacibliyi vurğulanıb.

Digər xəbərlər