PDF Oxu

Siyasət

  • 527

Serbiyada seçkilərin qalibi nasizmə pərəstiş edənlər oldu - TƏHLİL

Serbiyada seçkilərin qalibi nasizmə pərəstiş edənlər oldu - TƏHLİL

Avropada dövlətlərarası qarşıdurmalar, rəqib münasibətlər təkcə iqtisadi, siyasi rəqabətdə özünü göstərmir, həm də tərəflər qoca qitənin avtoriteti olmaq uğrunda mübarizə aparırlar. Hələlik, bu mübarizədə Almaniya və Fransa öndədir. Hər iki nasizmə xidmət edən dövlətlər iqtisadi imkanlarına güvənərək Avropa İttifaqına və Avropa Şurasına nəzarət edirlər. Polşa, Rumıniya, Norveç və Niderlanda iddialıdırlar. Onlar da ən azı Avropa İttifaqında qərarların qəbul edilməsində və ya hansısa ideyaların irəli sürülməsində söz sahiblərindən olmaq istəyirlər. Lakin bu istəkləri hələ ki, reallığa çevrilmir. Çünki nəinki, iqtisadi, eləcə də hərbi və siyasi baxımından Fransa və Almaniya iddialı dövlətləri bir neçə dəfə üstəyirlər. Böyük Britaniya zamanında Almaniya və Fransa ilə mübarizədə büdrədiyi üçün geri çəkiməyə məcbur oldu. Hətta rəqabətdə utancverici məğlubiyyətlə üzləşə biləcəyindən ehtiyat edərək Avropa İttifaqından çıxmaq qərarı verdi. Bununla da öz imicini və dünya siyasətindəki reytinqini qismən də olsa, qoruyub saxlamağa müvəffəq oldu. Bundan sonra Fransa və Almaniya baş-başa qaldı. Hələlik, bu iki faşizmin əsas mərkəzlərindən olan Avropa ölkələri Avropa İttifaqına, eləcə də Avropa Şurasına nəzarət edirlər. Ancaq görünən həm də ondan ibarətdir ki, Fransa və Almaniya bir-birinə qarşı pərdəarxası mübarizə aparırlar. Məsələn, Almaniya Fransanın müstəmləkə siyasəti aparmasına qarşı çıxır və AŞPA-nın toplantılarında rəsmi Parisi xalqlara azadlıq verməyə çağırır. E.Makron isə Mertz hakimiyyətinə zərbə vurmaq üçün Almaniyanın əzəli rəqibi Çinlə iqtisadi, hərbi sahədə əməkdaşlığın vacibliyini söyləyir. Makron ölkəsinin NATO-dan çıxacağı ilə bağlı ara-sıra fikirlər də səsləndirir. Hətta bu məsələdə Fransa müxalifətinin liderləri, Hitlerin nəvələrindən hesab olunan "Əyilməz Fransa” (La France insoumise LFI) partiyasının rəhbəri Jan-Lük Melenşdə E.Makronla eyni mövqedən çıxış edir. Fransa da 2027-ci il prezident seçkilərinə əsas namizəd olan "Əyilməz Fransa” partiyasının lideri Jan-Lük Melenşon ölkəsinin NATO-dan çıxmasının və əməkdaşlığa əsaslanan bitərəflik siyasəti yürütməsinin vacibliyini bəyan edib. Jan-Lük Melenşon qeyd edib ki, bu strategiya Çinlə münasibətlərin genişləndirilməsi ilə müşayiət olunmalıdır. Bu fikir onu deməyə əsas verir ki, 2027-ci il prezident seçkilərində Jan-Lük Melenşon ölkənin prezidenti seçilərsə, irəli sürdüyü təkliflərini reallığa çevirəcək.

Təbii ki, Jan-Lük Melenşon təkliflərinin reallaşması Almaniyanın mövqeyinə sarsıdıcı zərbə olacaq. Hələlik isə maraqları üst-üstə düşən məsələlərə görə eyni mövqedən çıxış edirlər. Yəni hazırda onlar bir-birinə qarşı mehriban düşmənlər olaraq davranırlar. Birlikdə üzə çıxan rəqiblərini sıradan çıxarmaq onların əsas hədəfləri və məqsədləridir. Uzağa getməyək, Macarıstanın keçmiş baş naziri Viktor Orbanın seçki yolu ilə sıradan çıxarılmasında Fransa və Almaniyanın müstəsna rolları olub. Daha bir rəqibləri olan Sebiya prezidenti Aleksandar Vuçiç Serbiyada keçirilən nöbədənkənar parlament seçkilərində arxivə göndərildi. Məlumata görə, Serbiyada növbədənkənar parlament seçkiləri ilə bağlı seçki məntəqələri yerli vaxtla saat 20:00-da bağlanıb. Ölkənin Seçki Komissiyasının məlumatına görə, səsvermənin başa çatmasına iki saat qalmış seçici fəallığı 64,89 faiz təşkil edib. Belqraddakı seçki məntəqələrində uzun növbələr qeydə alınıb. Yekun nəticəyə görə, “Vahid Serbiya" siyahısı seçkilərdə 38,8 % səs toplayıb. Azlıqların siyahılarından parlamentə həmçinin üç mandatla Voyvodina Macarları İttifaqı (SVM), iki mandatla Alban koalisiyası, eləcə də hərəyə bir mandatla Sancaq Demokratik Partiyası və Sancaq Demokratik Fəaliyyət Partiyası daxil olacaq. Mandatların bölüşdürülməsinin yekun proqnozuna əsasən, "Tələbə siyahısı" 140 mandat, "Aleksandr Vuçiç - Vahid Serbiya" siyahısı isə 103 mandat qazanıb. Bunlada Serbiyanın Aleksandar Vuçiçin 14 illik hakimiyyət müddəti başa çatdı. O da Macarıstanın keçmiş baş naziri Viktor Orbanın acınacaqlı aqibətini yaşadı. Hər ikisi Avropa İttifaqının, xüsusilə də Fransa və Almaniyanın birgə qurduqları separat oyunların qurbanı oldular. Çünki hər iki siyasətçi Rusiyapərəst idilər. Aleksandar Vuçiç və Viktor Orban açıq şəkildə Rusiyanın mövqeyini müdafiə edir və Ukraynaya qarşı Avropa İttifaqı tərəfindən yardımların ayrılmasına qarşı çıxırdılar. Bu isə Avropa İttifaqında hegemonluq edən və qurumun üzvlərinə hər məsələdə təsir və təzyiq göstərən Fransa və Almaniyanı qane etmirdi. İstər E.Makron, istərsə də F.Mertz dəfələrlə Aleksandar Vuçiçə və Viktor Orbana Rusiyapərəst siyasətlərindən əl çəkməyi tövsiyə etsələr də, nəticəsi olmamışdır. Bundan sonra hərəkətə keçən Almaniya və Fransa Macarıstanda və Serbiyada hakimiyyət dəyişikliyi etmək üçün geniş iş apardılar. Qısa müddət sonra aparılan işlərin nəticəsi məlum oldu. Macarıstanda Orban hakimiyyəti Serbiyada isə Vuçiç iqtidarı mövcudluqlarını itirdilər. Serbiyada Vuçiç hakiyyətinə qarşı aparılan kampaniyanın önündə nasistlərin getməsi müəyyən mənada təəccüb doğursa da, Avropada bu, normal hal kimi qiymətləndirildi.

Ali Məktəb tələbələrinin gücündən və emosiyalarından istifadə edən Almaniya və Fransa kəşfiyyatı ardıcıl olaraq Belqradda və ölkənin digər iri şəhərlərində etiraz aksiyaları təşkil etdilər. Əhali arasında qurulan genişmiqyaslı təbliğat işi ilə Vuçiç gözdən salındı və seçikilərdə "Tələbə siyahısı" hərəkatı qalib gəldi. Serbiyanın sabiq Prezidenti Aleksandar Vuçiç Serbiya Tərəqqi Partiyasının seçki qərargahında çıxışı zamanı bildirib ki, Serbiyada keçirilən növbədənkənar parlament seçkilərində müxalifətin “Tələbə siyahısı” qalib gəlib. Aleksandar Vuçiç özünə və tərəfdarlarına təskinlikverici fikirlər söyləməyi də unutmayıb: “Yekun nəticələr hələ məlum deyil. Çoxları təəccüblənəcək və bəzi şəxslərin nə qədər yalan danışdığını anlayacaqsınız. İlkin hesablamalar göstərir ki, biz bu seçkilərdə məğlub olmuşuq. İlkin hesablamalara əsasən, “Tələbə siyahısı” parlamentdə 135–140, rəhbərlik etdiyi siyasi blok isə təxminən 105 mandat qazana bilər. Açıqlanan rəqəmlər hələlik yekun rəsmi nəticələr deyil”.

Beləcə Rusiya qazanından təam dadmağa ümid edən Serbiya Prezidenti Aleksandar Vuçiç Avropanın yağlı qazanının qazmağından yeməkdən məhrum oldu. Bundan sonra onun siyasətdə tamamilə çökməsi gözlənilir. Çünki siyasətdə parlayıb, sonradan səhvləri nəticəsində ulduzları sönənlərin yenidən parlaması faktı siyasətdə hələ qeydə alınmayıb.

İ.ƏLİYEV

Digər xəbərlər