27 oktyabr 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində YAP Ağstafa rayon təşkilatı tərəfindən “Böyük Kəsik kənd” və “Sadıqlı kənd” Ərazi Partiya Təşkilatlarından olan partiya fəallarının iştirakı ilə Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı tədbir keçirilib.
Tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının əməkdaşı Tağı İmamverdiyev qeyd edib ki, Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bağlı məsələlərə nəzər salarkən ölkənin siyasi tarixini, müstəqilliyin qorunması prosesini və müasir dövlət quruculuğunun əsas mərhələlərini nəzərə almaq vacibdir. Qurultaydan irəli gələn vəzifələrin sistemli şəkildə təhlili həm siyasi maarifləndirmə, həm də ictimai müzakirələrin daha məzmunlu təşkili baxımından əhəmiyyətlidir.
Daha sonra çıxış edən natiqlər – veteran partiyaçılar Fərhad Hacıyev, Aydın Axundov, Böyük Kəsik kənd tam orta ümumtəhsil məktəbin direktor müavini Rəşad Əfəndi və “Böyük Kəsik kənd” Ərazi Partiya Təşkilatının sədri Nadir Mikayılov bildiriblər ki, Qurultaydan irəli gələn məsələlərin müzakirəsi zamanı milli maraqların qorunması ilə yanaşı, ölkənin inkişafına təsir edən daxili və xarici amillərin obyektiv qiymətləndirilməsi də vacibdir. Dövlətin uzunmüddətli sabitliyi iqtisadi imkanların genişləndirilməsi, insan kapitalının inkişafı və cəmiyyətin müxtəlif təbəqələrinin ictimai həyatda iştirakının təmin edilməsi ilə sıx bağlıdır.