PDF Oxu

Siyasət

  • 877

“Neftçala şəhər-4” və “1 saylı uşaq bağçası” ərazi partiya təşkilatlarının birgə iclası keçirilib - FOTO

“Neftçala şəhər-4” və “1 saylı uşaq bağçası” ərazi partiya təşkilatlarının birgə iclası keçirilib - FOTO

Yeni Azərbaycan Partiyasının VIII Qurultayının nəticələri və Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin nitqindən irəli gələn vəzifələrlə bağlı YAP Neftçala rayon təşkilatının “Neftçala şəhər-4” və “1 saylı uşaq bağçası” ərazi partiya təşkilatlarının üzvlərinin iştirakı ilə birgə iclas keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev çıxış edərək VIII Qurultayın siyasi əhəmiyyətindən, Prezident İlham Əliyevin nitqində ifadə olunan əsas müddəalardan və qarşıda duran vəzifələrdən danışıb. Ərazi partiya təşkilatlarının fəaliyyətinin gücləndirilməsinin, üzvlərlə müntəzəm əlaqələrin və onların ictimai-siyasi fəallığının artırılmasının vacibliyini vurğulayıb. Partiya üzvlərinin peşə fəaliyyətində və ictimai həyatda məsuliyyətli mövqeyinin, əhali ilə davamlı ünsiyyətinin qurultaydan irəli gələn vəzifələrin icrasına xidmət etdiyini qeyd edib.
YAP Neftçala rayon təşkilatının ideoloji işlər üzrə məsləhətçisi Fərhad Baxışov çıxış edərək qurultayın nəticələrinin təbliği və maarifləndirici fəaliyyətin təşkili məsələlərinə toxunub. Heydər Əliyev irsinin, azərbaycançılıq ideologiyasının və dövlətçilik dəyərlərinin ictimaiyyətə çatdırılmasında partiya üzvlərinin rolunu vurğulayıb. Dövlət siyasətinin əsas istiqamətlərinin əhaliyə aydın və dolğun izah olunmasının, vətəndaşların fikir və təkliflərinin dinlənilməsinin ideoloji işin səmərəliliyini artırdığını bildirib.
“Neftçala şəhər-4” ərazi partiya təşkilatının sədri Şəfəq Balaşova çıxış edərək qurultaydan irəli gələn vəzifələrin həyata keçirilməsində partiya üzvlərinin fəal iştirakının əhəmiyyətindən danışıb. Ərazi partiya təşkilatında birgə fəaliyyətin, üzvlərin təşəbbüskarlığının və qarşılıqlı əlaqələrin gücləndirilməsinin vacibliyini qeyd edib. Milli-mənəvi dəyərlərin qorunması və vətənpərvərlik ənənələrinin təbliği istiqamətində fəaliyyətin davam etdiriləcəyini bildirib.

Digər xəbərlər