PDF Oxu

Siyasət

  • 834

YAP Samux rayon təşkilatının ərazi partiya təşkilatlarında VIII Qurultayın qarşıya qoyduğu hədəflər müzakirə olunub - FOTO

YAP Samux rayon təşkilatının ərazi partiya təşkilatlarında VIII Qurultayın qarşıya qoyduğu hədəflər müzakirə olunub - FOTO

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışından irəli gələn məsələlərə həsr olunmuş görüşlər YAP Samux rayon təşkilatının ərazi partiya təşkilatlarında davam etdirilir.

Oktyabrın 27-də YAP Samux rayon təşkilatının Qərargahında Samux rayonu üzrə Təhsil sektoru və Samux şəhər Uşaq Musiqi Məktəbi ərazi partiya təşkilatlarının partiya üzvləri ilə növbəti görüş keçirilib.
Görüş zamanı əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Keçirilən görüşdə çıxış edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov qeyd edib ki, VIII Qurultay partiyamızın həyatında keyfiyyətcə yeni bir mərhələnin əsasını qoyub və dövlət başçısının proqram xarakterli nitqi gələcək fəaliyyət üçün aydın yol xəritəsidir. Bildirib ki, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan bu gün bölgənin və dünyanın aparıcı dövlətlərindən birinə çevrilib. Qurultayda qoyulan hədəflər hər bir partiya üzvündən daha böyük məsuliyyət, təşəbbüskarlıq və cəmiyyətdə fəal mövqe tələb edir.
Tədbir zamanı çıxış edən Qarabağalar kənd tam orta məktəbin direktoru Vidadi İsayev, Samux şəhər 2 saylı uşaq bağçasının müdiri Aytən Məmmədova və Əhmədbəyli kənd tam orta məktəbin direktoru Səbuhi Nəsibov vurğulayıblar ki, partiyanın yenilənmiş Nizamnaməsi və strateji fəaliyyət proqramı yerlərdə işin daha dinamik təşkilinə geniş imkanlar yaradır. Qeyd olunub ki, VIII Qurultayda müəyyən edilən tapşırıqlara uyğun olaraq, milli-mənəvi dəyərlərin qorunması, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması və rayonun ictimai-siyasi həyatında fəallığın artırılması istiqamətində ərazi partiya təşkilatları öz səylərini səfərbər edəcəklər. Natiqlər, həmçinin dövlətimizin həyata keçirdiyi daxili və xarici siyasəti tam dəstəklədiklərini, qarşıya qoyulan bütün hədəflərin yerlərdə dürüst və vaxtında icrası üçün əzmlə çalışacaqlarını bəyan ediblər.

Digər xəbərlər