PDF Oxu

Siyasət

  • 729

YAP Salyan rayon təşkilatının Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi ərazi partiya təşkilatında növbəti tədbir keçirilib

YAP Salyan rayon təşkilatının Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi ərazi partiya təşkilatında növbəti tədbir keçirilib

YAP Salyan rayon təşkilatının Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı növbəti tədbir keçirilib.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov VIII Qurultayın Azərbaycanın müasir inkişaf mərhələsində qarşıda duran hədəflərin müəyyənləşdirilməsi, dövlət siyasətinin əsas istiqamətlərinin bir daha diqqətə çatdırılması və partiyanın gələcək fəaliyyətinin prioritetlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətini vurğulayıb. O, Prezident İlham Əliyevin nitqində səsləndirilən fikirlərin ölkənin davamlı inkişafı, milli maraqların qorunması və cəmiyyətin qarşısında dayanan vəzifələrin məsuliyyətlə yerinə yetirilməsi üçün mühüm istiqamət olduğunu bildirib. Elmar Əhmədov qeyd edib ki, dövlət siyasətinin uğurla həyata keçirilməsi hər bir sahədə çalışan insanların öz fəaliyyətlərinə məsuliyyətlə yanaşmasını, qarşıya qoyulan məqsədlərə nail olmaq üçün səylərini birləşdirməsini tələb edir.
Salyan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Rövşən Məmmədov çıxışında YAP-ın VIII Qurultayında müəyyənləşdirilən vəzifələrin müxtəlif sahələrdə çalışan mütəxəssislər qarşısında da məsuliyyət yaratdığını diqqətə çatdırıb. O, Prezident İlham Əliyevin nitqində səsləndirilən fikirlərin gündəlik fəaliyyətə məsuliyyətli yanaşma, təşəbbüskarlıq və işin səmərəli təşkili baxımından istiqamət verdiyini bildirib. İdarənin fəaliyyətinə toxunan Rövşən Məmmədov su ehtiyatlarından səmərəli istifadə, meliorasiya sistemlərinin işlək vəziyyətdə saxlanılması və suvarma infrastrukturunun təkmilləşdirilməsinin kənd təsərrüfatının inkişafı baxımından əhəmiyyətini diqqətə çatdırıb.
Tədbirdə Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin mühasibi, ərazi partiya təşkilatının sədri Qüdrət Hüseynov, mühəndislər Nihad Babayev və İbrahim Əhmədli də çıxış edərək Qurultayda səsləndirilən müddəaların ölkənin inkişaf hədəfləri və müxtəlif sahələrdə qarşıda duran vəzifələrlə əlaqəsindən danışıblar. Çıxışlarda Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik xəttinin Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun davam etdirilməsi, əldə olunan nailiyyətlərin qorunması və yeni uğurların qazanılmasında əmək kollektivlərinin üzərinə düşən məsuliyyət diqqətə çatdırılıb. Qeyd olunub ki, hər bir sahədə peşəkar fəaliyyət, intizam və ümumi məqsədlər naminə səylərin birləşdirilməsi dövlətin inkişaf strategiyasının həyata keçirilməsinə töhfə verir.
Tədbir zamanı VIII Qurultayda qarşıya qoyulan vəzifələrin iş prosesində nəzərə alınması, əməkdaşların məsuliyyətli fəaliyyətinin təşviqi və partiya işinin daha da gücləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Digər xəbərlər