PDF Oxu

Siyasət

  • 540

YAP-ın VIII Qurultayında müəyyənləşdirilən vəzifələr Lənkəran Qaz İstismarı İdarəsində müzakirə olunub

YAP-ın VIII Qurultayında müəyyənləşdirilən vəzifələr Lənkəran Qaz İstismarı İdarəsində müzakirə olunub

Yeni Azərbaycan Partiyası (YAP) Lənkəran rayon təşkilatının təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin partiyanın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqindən irəli gələn vəzifələrin müzakirəsinə həsr olunmuş tədbir Lənkəran Qaz İstismarı İdarəsində keçirilib.

Tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Giriş sözü ilə çıxış edən ərazi partiya təşkilatının sədri Elmir Axundov tədbir iştirakçılarını salamlayaraq VIII Qurultayın siyasi əhəmiyyətindən və qarşıya qoyulan vəzifələrin həyata keçirilməsində partiya təşkilatlarının rolundan bəhs edib. O bildirib ki, qurultayda müəyyənləşdirilən prioritetlər hər bir partiya təşkilatının fəaliyyətində əsas istiqamət kimi nəzərə alınmalı, siyasi xəttin mahiyyəti əməli işlərlə və konkret təşəbbüslərlə dəstəklənməlidir.

YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev çıxışında Prezident İlham Əliyevin qurultaydakı nitqinin ölkənin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O qeyd edib ki, partiyanın qarşısında duran vəzifələrin uğurla yerinə yetirilməsi təşkilati fəaliyyətin gücləndirilməsini, üzvlərin siyasi fəallığının artırılmasını və cəmiyyətlə əlaqələrin daha da genişləndirilməsini tələb edir. İqbal Əmənullayev partiya üzvlərini dövlətçilik maraqlarının qorunması, milli həmrəyliyin möhkəmləndirilməsi və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin dəstəklənməsi istiqamətində fəal mövqe nümayiş etdirməyə çağırıb.

Tədbirdə çıxış edən YAP Fəalı Mehman Heydərov VIII Qurultayda müəyyənləşdirilən vəzifələrin gündəlik fəaliyyətlə uzlaşdırılmasının vacibliyinə diqqət çəkib. O bildirib ki, partiyanın qarşısında duran hədəflərə nail olmaq üçün ideoloji işin ardıcıl aparılması, ictimai-siyasi proseslərdə fəal iştirak və üzvlər arasında məsuliyyət hissinin gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Natiq, həmçinin görülən işlərin nəticəyönümlü olmasının və qarşıya qoyulan məqsədlərin real fəaliyyətlə dəstəklənməsinin vacibliyini qeyd edib.

YAP fəalı Elvin Əzimov çıxışında ölkədə əldə olunan uğurların qorunub saxlanılması, gənclərin ictimai-siyasi fəallığının artırılması və milli dəyərlərə bağlılığın gücləndirilməsi məsələlərindən danışıb. O vurğulayıb ki, VIII Qurultayda irəli sürülən ideya və təşəbbüslərin cəmiyyətə çatdırılması, partiya üzvlərinin üzərlərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirməsi və ümumi məqsədlər naminə birgə fəaliyyət göstərməsi mühüm əhəmiyyət daşıyır.

Sonda Lənkəran Qaz İstismarı İdarəsinin rəisi Xanlar Əliyev çıxış edərək tədbirin əhəmiyyətini vurğulayıb. O bildirib ki, ölkənin dayanıqlı inkişafı, enerji təminatının etibarlılığı və qarşıya qoyulan hədəflərin reallaşdırılması hər bir sahədə məsuliyyətli yanaşma və səmərəli fəaliyyət tələb edir. Xanlar Əliyev dövlət siyasətinin əsas istiqamətlərinin dəstəklənməsində kollektivin fəal iştirakının, əmək intizamının və peşə məsuliyyətinin önəmini qeyd edib.

Tədbir zamanı YAP-ın VIII Qurultayında müəyyənləşdirilən prioritetlər, Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrin həyata keçirilməsi, partiya təşkilatlarının fəaliyyətinin təkmilləşdirilməsi və dövlətçilik prinsiplərinə sədaqət məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Digər xəbərlər