PDF Oxu

Siyasət

  • 607

Sağlam təməl üzərində qurulan Azərbaycan-İƏT əlaqələri - TƏHLİL

Sağlam təməl üzərində qurulan Azərbaycan-İƏT əlaqələri - TƏHLİL

Prezident İlham Əliyev: “Ölkəmiz bundan sonra da İslam həmrəyliyinin möhkəmləndirilməsinə, dinlər və mədəniyyətlər arasında qarşılıqlı anlaşmaya, təhlükəsizliyə və sabitliyə töhfə vermək üçün səylərini əsirgəməyəcək”

Bu gün Azərbaycan dünya ölkələri və beynəlxalq təşkilatlarla milli maraqlarımıza uyğun olaraq və balanslaşdırılmış siyasət həyata keçirir. Azərbaycanın balanslı siyasəti bütün istiqamətlərdə öz bəhrəsini verir. Müstəqilliyimizin ilk illərində Azərbaycana qarşı münasibət ürəkaçan deyildisə, bu gün ölkəmizlə hesablaşır, qərarlarımıza hörmətlə yanaşırlar. Bu gün Azərbaycan dünyanın bütün sülhsevət ölkələri ilə, həmçinin beynəlxalq təşkilatlarla da əməkdaşlıq edir. Bu qurumlardan biri də İslam Əməkdaşlıq Təşkilatıdır. İƏT Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəkləyib. 1994-cü ilin dekabrında Kasablanka şəhərində İƏT-ə üzv ölkələrin dövlət və hökumət başçılarının VII zirvə görüşündə Dağlıq Qarabağ problemi ilə bağlı mühüm qətnamə qəbul edildi. Qətnamədə Ermənistanın təcavüzü nəticəsində didərgin düşmüş bir milyon nəfərə yaxın vətəndaşının məskunlaşdığı Azərbaycana iqtisadi və humanitar yardım göstərilməsinə çağırılırdı. Həmçinin qətnamə BMT-nin qəbul etdiyi 4 qətnamənin yerinə yetirilməsinə, Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından “dərhal və qeyd-şərtsiz” çıxarılmasına çağırırdı. Bundan əlavə, İƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin Cakarta şəhərində 1996-cı ildə keçirilən 24-cü konfransında qətnamənin adının dəyişdirilərək “Ermənistanın Azərbaycana qarşı təcavüzü” adlandırılması Azərbaycan üçün böyük uğur idi.

Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da İslam Əməkdaşlıq Təşkilatının Baş katibi İsmayıl Ould Şeyx Əhmədi qəbul edib. Prezident İlham Əliyev İsmayıl Ould Şeyx Əhmədin İslam Əməkdaşlıq Təşkilatının Baş katibi vəzifəsinə seçildikdən sonra Azərbaycana səfər etməsinin əhəmiyyətinə toxunub, bunu ölkəmizlə Təşkilat arasında güclü tərəfdaşlığın nümunəsi kimi qiymətləndirib. Görüşdə səslənən fikirlər Azərbaycanın İslam dünyasındakı mərkəzi rolunu və dövlətin qlobal miqyasda həyata keçirdiyi İslam həmrəyliyi siyasətinin növbəti təzahürü olmasının təzahürüdür. Dövlətimizin başçısı Azərbaycanın həmişə İslam Əməkdaşlıq Təşkilatının fəal üzvü olduğunu deyərək, bunun gələcəkdə də davam edəcəyini vurğulayıb. Təşkilat çərçivəsində ölkəmizdə bir çox siyasi, iqtisadi, idman tədbirlərinin təşkil olunduğunu xatırladan Prezident İlham Əliyev gələn il Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşünə ev sahibliyi edəcəyini vurğulayıb və bu tədbirə fəal hazırlıq işlərinin getdiyini bildirib.

Prezident İlham Əliyev ölkəmizdə İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkil olunduğunu xatırladıb. Azərbaycan 2017-ci ildə "İslam Həmrəyliyi Oyunları"nı qəbul etdi, Ölkəmizdə Cənab İlham Əliyevin Sərəncamı ilə "İslam Həmrəyliyi İli" elan olundu. Bu, islam ölkələrinin birliyinə verilən ən böyük töhfə oldu.

ŞUŞAYA XÜSUSİ EHTİRAMIN İFADƏSİ

Dövlətimizin başçısı ölkəmizin bundan sonra da İslam həmrəyliyinin möhkəmləndirilməsinə, dinlər və mədəniyyətlər arasında qarşılıqlı anlaşmaya, təhlükəsizliyə və sabitliyə töhfə vermək üçün səylərini əsirgəməyəcəyini diqqətə çəkib. İslam Konfransı Təşkilatının üzvü və ya müşahidəçisi olmayan ölkə ICESCO-nun üzvlüyünə iddia edə bilməz. Şuşanın 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı" elan edilməsi şəhərin İslam sivilizasiyasının mərkəzlərindən biri kimi əhəmiyyətinin nümayişi üçün yaxşı fürsət olmuş oldu. 2023-cü il sentyabrın 25-də Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı" elan edildi. Bu qərar islam mədəniyyətinin zənginliklərini dolğun təzahür etdirən Şuşaya xüsusi ehtiramın ifadəsi idi. Hazırda Azərbaycan təşkilatın fəal üzvlərindən biri kimi, müsəlman dünyasının üzləşdiyi cari problemlərin həllində aktiv iştirak edir. Təşkilatın qarşısında duran vəzifələrin yerinə yetirilməsində qətiyyət və təşəbbüskarlıq göstərir.

AZƏRBAYCAN İSLAM HƏMRƏYLİYİNİN TƏMİN EDİLMƏSİNİN TƏRƏFDARIDIR

Əlbəttə ki, müasir dünyamızda baş verən siyasi proseslər, müsəlman ölkələrindəki müharibə və münaqişələr, bəzi ölkələrdə islamofobiyanın yayılması islam dünyasında həmrəyliyin zəruriliyini bir daha əyani surətdə göstərir. Belə şəraitdə Azərbaycan dünyada həmrəyliyin, eləcə də islam həmrəyliyinin təmin edilməsinin tərəfdarıdır. Bakıda "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində ICESCO-nun Azərbaycanda istifadəyə verilmiş regional ofisinin fəaliyyəti münasibətlərin möhkəm təməl üzərində qurulduğunu göstərir. Əsrlər boyu sivilizasiyaların qovuşduğu məkan olan Bakıda yeni regional ofisin açılışı Mərkəzi Asiyanın ICESCO-nun üzvü olan dövlətlərinə xidmət göstərir. Regionun digər ölkələrinə də öz töhfəsini verməklə yanaşı, əməkdaşlıq və mükəmməllik ruhunun təşviqdir. Xatırladaq ki, Bakı şəhərinin 2009-cu il üçün İslamın paytaxtı, eləcə də Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunması ICESCO-Azərbaycan münasibətlərini bir daha aydın göstərir. ICESCO-nun aylıq xüsusi jurnalında Azərbaycan ilə əlaqələrə həmişə geniş yer ayrılması, 2008-ci ildə Mərakeşdə Azərbaycan mədəniyyət günlərinin keçirilməsində ICESCO rəhbərliyinin göstərdiyi hərtərəfli dəstək davamlı əlaqələrin mövcudluğundan xəbər verir. Təşkilatın rəhbəri 2006-cı ildən etibarən respublikamızda keçirilmiş bir sıra beynəlxalq əhəmiyyətli tədbirlərdə fəal iştirak etmişdir. Bu sırada Bakıda keçirilmiş "Gənclər sivilizasiyaların alyansı naminə" mövzusunda beynəlxalq konfrans, Heydər Əliyev Fondunun təşəbbüsü, İSESKO-nun dəstəyi ilə keçirilmiş "Mədəniyyətlərarası dialoqda qadınların rolu" mövzusunda forum, "Bakı – İslam mədəniyyətinin paytaxtı – 2009" mədəniyyət ilinin açılış mərasimi, İslam ölkələri mədəniyyət nazirlərinin VI konfransı, Dünya Dini Liderlərinin Bakı Sammiti və Ümumdünya Mədəniyyətlərarası Dialoq və digər tədbirlərin adlarını qeyd etmək yerinə düşər. 2-3 dekabr 2019-cu il tarixlərində ICESCO-nun Baş qərargahında keçirilmiş İslam Dünyası İrsi Komitəsinin növbədənkənar toplantısında Azərbaycan mədəni irs nümunələri -Bakının İçəri Şəhər, Qız Qalası və Şirvanşahlar Saray Kompleksi, Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi, Qobustan Qaya Sənəti Mədəni Landşaftı İslam Dünyası İrsi Siyahısına daxil edilmişdir. Hazırda Azərbaycan təşkilatın fəal üzvlərindən biri kimi, müsəlman dünyasının üzləşdiyi cari problemlərin həllində aktiv iştirak edir. Təşkilatın qarşısında duran vəzifələrin yerinə yetirilməsində qətiyyət və təşəbbüskarlıq göstərir.

AZƏRBAYCAN TARİXİ KEÇMİŞİ, DİNİ, MƏDƏNİ VƏ MƏNƏVİ DƏYƏRLƏRİ İLƏ İSLAM DÜNYASININ AYRILMAZ HİSSƏSİDİR

Azərbaycan hər zaman İslam dünyasının birliyini və həmrəyliyini dəstəkləyən dövlət kimi çıxış edib, İslam dəyərlərinə daim sadiqlik nümayiş etdirib. Ölkəmiz İslam mədəni irsinin qorunması, müqəddəs məkanların bərpası və sivilizasiyalararası dialoqun təşviqi istiqamətində ardıcıl fəaliyyət göstərib. Azərbaycan həmçinin bu zəngin dini-mədəni irsin gələcək nəsillərə ötürülməsinə daim xüsusi önəm verir. Onu da qeyd edək ki, 2-3 dekabr 2019-cu il tarixlərində İSESCO-nun Baş qərargahında keçirilmiş İslam Dünyası İrsi Komitəsinin növbədənkənar toplantısında Azərbaycan Respublikasının aşağıdakı mədəni irs nümunələri İslam Dünyası İrsi Siyahısına daxil edilmişdir: Bakının İçəri Şəhər, Qız Qalası və Şirvanşahlar Saray Kompleksi, Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi, Qobustan Qaya Sənəti Mədəni Landşaftı. Mərakeşin paytaxtı Rabat şəhərində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının – ICESCO-nun nəzdində fəaliyyət göstərən İslam Dünyası İrs Komitəsinin (IWHC) 11-ci iclasında komitə üzvlərinin qərarı ilə ölkəmizin zəngin mədəniyyətini əks etdirən 10 qeyri-maddi mədəni irs nümunəsi İslam Dünyası İrs Siyahısına daxil edilib:.

Dünya təşkilatları ilə müxtəlif sahələrdə qurulan əməkdaşlıq münasibətləri dövlətlər arasında qarşılıqlı anlaşmanın yaranmasına və davamlı olmasına öz təsirini göstərir. Azərbaycanın İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı olan ICESKO ilə də münasibətləri də möhkəm təmələ əsaslanır.

Qonaq ölkəmizin İslam dünyasında və İslam həmrəyliyinin gücləndirilməsində mühüm rolunu qeyd edib. Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tam bərpa etdiyini deyən İsmayıl Ould Şeyx Əhməd qarşıdan gələn Zəfər Günü ilə bağlı dövlətimizin başçısına təbriklərini çatdırıb. O, həmçinin regionda sülhün bərqərar olmasında Azərbaycan Prezidentinin səylərini dəstəklədiklərini deyib.

Söhbət zamanı İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində media sahəsində əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub, dezinformasiyaya qarşı üzv ölkələrin birgə səyləri ilə mübarizənin vacibliyi vurğulanıb və Azərbaycanın sədrliyi dövründə həyata keçiriləcək layihələr barədə fikir mübadiləsi aparılıb.

Sağlam təməl üzərində qurulan Azərbaycan-İƏT əlaqələri Prezident İlham Əliyevin yürütdüyü xarici siyasət nəticəsində yüksələn xətlə inkişaf edib. Son 23 ildə bu əlaqələr elə bir yüksək səviyyəyə çatıb ki, Azərbaycan təşkilatın zirvə görüşlərinin, toplantılarının və digər tədbirlərinin keçirildiyi əsas mərkəzlərdən birinə çevrilib. Azərbaycanın müsəlman dünyası ilə əlaqələrinin genişlənməsi prosesi son dövrlər daha intensiv xarakter almışdır. İslam həmrəyliyinin gücləndirilməsi məqsədi ilə Azərbaycan dövləti ardıcıl olaraq siyasət yürüdür. Tarixi keçmişi, dini. mədəni və mənəvi dəyərləri ilə islam dünyasının ayrılmaz hissəsi olan Azərbaycan töhfəsini verir.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər