Siyasət

  • 2 833

"Azərbaycan qısa bir dövrdə böyük inkişaf yolu keçib" ÖZƏL-MÜNASİBƏT

image

“20 sentyabrda “Əsrin Müqaviləsi”nin imzalanmasının 25 illiyinə və neftçilər gününə həsr olunmuş tədbirdə ölkə başçısı cənab İlham Əliyev öz çıxışında “Əsrin müqaviləsi”nin ölkəmizə verdiyi töhfələr haqqında geniş danışdı. Əsrin müqaviləsinin imzalanması zamanı çoxlu çətinliklərdən keçməli olmuşuq”. Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.“Təbii ki, burada cənab İlham Əliyevin əməyi xüsusilə qeyd olunmalıdır. ABŞ-da şirkət rəhbərləri ilə müqavilə ilə bağlı müzakirələr aparılan zaman cənab İlham Əliyev demişdi ki, siz bir şirkətin maraqlarını qoruyursunuz. Biz isə Azərbaycan xalqının maraqlarından çıxış edirik. Təbii ki, burda elə bir ustalıq tələb olunurdu ki, balaca bir səhv Azərbaycana çox baha başa gələcəkdi. Amma düzgün qəbul olunmuş qərar uzun müddətdir ki, ölkəmizin çiçəklənməsinə xidmət edir. Həqiqətən Azərbaycan qısa bir dövrdə böyük bir inkişaf yolu keçmişdir. Bu sürətli inkişafımızın bünövrəsi “Əsrin Müqaviləsi” ilə qoyulub. “Əsrin müqaviləsi” bundan sonra da uzun illər ölkəmizin inkişafına xidmət edəcəkdir”-deyə, A.Badamov fikrini tamamlayıb.

sia.az

Digər xəbərlər