Siyasət

  • 6 544

Deputatlığa namizəd Əsmər Əliyeva Qarabağ əlilləri, veteranları ilə görüşüb

image

46 saylı Şirvan şəhər seçki dairəsindən deputatlığa namizəd Əsmər Əliyevanın təbliğat, təşviqat görüşləri davam edir. Əsmər Əliyeva bu dəfə seçki qərərgahında Qarabağ əlilləri, veteranları ilə görüşü olub.Görüşdə Əsmər Əliyeva Qarabağ əlillərini, veteranlarını salamlayaraq bildirib ki, sizlər hər bir vətəndaşın diqqət mərkəzində olmalısınız: "Sizlərə hər bir Azərbaycanlı hörmətlə yanaşmalıdır. Çünki sizlər bunu canınız bahasına torpaqlarımızın yağı düşməndən müdafiəsi zamanı qəhrəmanlığınızla haqq etmisiniz. Çox sağ olsun ölkəmizin Prezidenti cənab İlham Əliyev, Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva sizlərin məişət, mənzil, sosial problemlərinizi kökündən həll edib və dövlətin qayğısıyla hərtərəfli əhatə olunmusunuz və buna layiqsiniz də. Bildiyiniz kimi qarşıdan 9 fevral 2020-ci il tarixində ölkəmizdə növbəti parlament seçkiləri gəlir. Mən Əsmər Əliyeva 46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizədliyimi irəli sürmüşəm. Ona görədə mən təbliğat və təşviqat kampaniyasına başlayandan ilk görüşüm şəhid ailələri və sizlər oldunuz. Sizlərlə görüşüb həm söhbət olmaq mənim həyatımda xoş bir hadisə kimi yaddaşlarımda qalacaq. Diqqətinizə çatdırıram ki, millət vəkili seçilsəm Qarabağ əlillərinin və veteranlarının, şəhid ailələrinin, Çernobıl əlillərinin, ümumiyyətlə, bu kateqoriyadan olan insanları daim diqqətimdə saxlayacam, qarşıya çıxacaq problemlərinizin həlli üçün əlimdən gələni əsirgəməyəcəyəm. Bir daha sizlərə dərin hörmət və ehtiramımı bildirərək xoş arzularımı çatdırıram".Qarabağ əlillərindən və veteranlardan Rahil Məlikov və Mehman Qəhrəmanov çıxış edərək Əsmər Əliyevaya yekdilliklə səs verəcəklərini bildiriblər və bütün şirvanlıları Əsmər Əliyevaya səs verməyə çağırıblar.

sia.az

Digər xəbərlər