Siyasət

  • 10 725

Deputatlığa namizəd Rauf Əliyevin seçicilərlə görüşləri davam edir

image

Yanvarın 27-də "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda Yeni Azərbaycan Partiyası tərəfindən 13 saylı Xəzər - Pirallahı seçki dairəsindən namizədliyi irəli sürülən Rauf Əliyevin ağsaqqallar, ziyalılar və gənc seçicilələ görüşü keçirilib.

Tədbirdə YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov və ilk dəfə səs verən gənclər çıxış edərək seçki ilə bağlı öz fikirlərini bölüşdülər. Çıxışlarda cəmiyyətin, millətin, dövlətin mövcudluğu, inkişafı və yaşamının gənclikdən asılı olması qeyd olundu. O baxımdan da hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən asılı olması bildirildi. Azərbaycanda da gənclərin dövlətin gələcək həyatında müstəsna rola malik olması və aparıcı qüvvəyə çevrilməsi istiqamətində məqsədyönlü siyasətin yürüdülməsi vurğulandı.
Deputatlığa namizəd Rauf Əliyev çıxış edərək hesabat dövrü ərzində fəaliyyəti barədə, əsasən Mərdəkan və Şağan qəsəbələrində onun təşəbbüsü və bilavasitə müraciətləri əsasında müvafiq Dövlət Proqramlarına və İnvestisiya layihələrinə daxil edilərək həyata keçirilmiş tədbirlər barədə və qarşıda duran həlli vacib olan məsələlər barədə görüş iştirakçılarına məlumat verib.

yap.org.az

Digər xəbərlər