PDF Oxu

Siyasət

  • 9 838

"Dövlətin bu addımları xalqımız tərəfindən çox yüksək dəyərləndirilir" ÖZƏL-MÜNASİBƏT

image

"Dövlət hər zaman vətəndaşının yanındadır". Bunu SİA-ya millət vəkili Azər Badamov deyib.Deputatın sözlərinə görə, koronavirus pandemiyası ilə bağlı ölkəmizdə keçirilən bütün tədbirlər insanların sağlamlığının qorunması məqsədi daşıyır: "Tətbiq olunmuş sərt karantin rejimi insanların fəaliyyətlərinin məhdudlaşmasına gətirib. Bu da gündəlik qazanc əldə edərək yaşayan insanların gəlirlərini azaldır və onların sosial rifahına mənfi təsir göstərir. Dövlətimiz hər bir vətəndaşının qayğısına qalır. Təbii ki, 190 manat birdəfəlik müavinətin verilməsi əmək fəaliyyətləri məhdudlaşmış insanların sosial rifahının pisləşməsinin qarşısını alacaqdır. Dövlət bütün iqtisadi resurslarını pandemiya ilə mübarizəyə və insanların sosial rifahına yönəltmişdir. Dövlətin bu addımları xalqımız tərəfindən çox yüksək dəyərləndirilir və ölkə başçısına ünvanlanan minlərlə məktublarda da insanlar öz minnətdarlıqlarını bildirirlər".

sia.az

Digər xəbərlər