Siyasət

  • 8 181

"Ermənistan rəhbərliyi özünün çirkin niyyətlərindən əl çəkmir" Fəqət Şadlinskaya

image

“Uzun illərdir Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan zaman-zaman hərbi təxribatlara əl atır, təmas xəttində, eləcə də dövlət sərhədimizdə atəşkəsi pozur, dinc əhaliyə qarşı silah işlədir”. SİA-nın verdiyi məlumata görə, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya deyib.Fəqət Şadlinskaya bildirib ki, düşmənin bütün təxribatları onun məğlubiyyəti və çoxsaylı itkiləri ilə müşayiət olunur. Rayon təşkilatının sədri qeyd edib ki, cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun təxribat törətmək cəhdi düşmənin işğalçılıq siyasətinin növbəti təzahürüdür: “Bu təxribat bir daha onu göstərir ki, Ermənistan rəhbərliyi özünün çirkin niyyətlərindən əl çəkmir. Belə ki, hələ iyul ayında Ermənistanın növbəti təxribatının qarşısı ordumuz tərəfindən alınıb. Amma baş verənlər onu göstərir ki, düşmən Tovuz istiqamətində gedən döyüşlərdəki məğlubiyyətindən nəticə çıxarmayıb”.Onun sözlərinə görə, son təxribat onu göstərir ki, düşmən cəbhə bölgəsində məqsədli şəkildə gərginlik yaratmaq istəyir: “Görünür, Ermənistan rəhbərliyi diqqəti daxildəki ictimai-siyasi və sosial-iqtisadi problemlərdən yayındırmaq istəyir. Buna baxmayaraq, düşmənin bütün təxribatlarının qarşısı Azərbaycan Ordusu tərəfindən hər dəfə qətiyyətlə alınır. Çünki Azərbaycan Silahlı Qüvvələri düşmənin bütün təxribatlarına cavab verməyə qadirdir”. yap.org.az

sia.az

Digər xəbərlər