Siyasət

  • 6 712

Dayanıqlı iqtisadiyyat Qarabağın mədəni-ictimai inkişafına töhfə verəcək

image

1982-ci ildə Heydər Əliyevin Azərbaycan mədəniyyətinin təbliğində göstərdiyi uzaqgörən siyasət məhz Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Molla Pənah Vaqifin türbəsinin açılışı ilə bütün mədəniyyət və ədəbiyyat xadimləri ilə yanaşı, yaradıcı insanlarında biraraya gəlməsini təmin etmişdi. 2021-ci ilin Prezident İlham Əliyev tərəfindən “Nizami Gəncəvi ili” elan olunması, eləcə də bu ilin ilk səfərini regionun mədəniyyət mərkəzi hesab olunan Şuşaya etməsi, habelə yenidən Üzeyir Hacıbəylinin, Xurşidbanu Natəvanın və Bülbülün büstlərinin Şuşaya gətirilərək Şuşanın tarixi simasının bərpa olunması Ulu Öndər tərəfindən mədəniyyət tariximizin inkişafına göstərilən böyük diqqət və qayğının davamıdır.Prezident İlham Əliyevin söylədiyi kimi bu il Şuşada Vaqif poeziya günləri, “Xarı bülbül” festivalının və böyük tədbirlərin keçirilməsi ilə bağlı işlərin planlaşdırılması artıq Qarabağın həm də iqtisadi dirçəlişinin başlanmasıdır. Təsadüfi deyilki, regionlara səfəri çərçivəsində məhz Şuşanın ardınca regionun ən böyük sənaye şəhərlərindən olan Sumqayıta səfəri Azərbaycanın dayanıqlı iqtisadiyyatının inkişaf olunması, habelə daxili tələbatın tam ödənilməsi istiqamətində vacib hesab olunan faktları ortaya qoyur.İşğaldan azad olunmuş torpaqlarımızın öz tarixi simasını bərpa etməsi dünyanın nüfuzlu beynəlxalq təşkilatlarında bu bölgəyə olan marağını artıracaqdır. Xüsusilə İSESKO tərəfindənİslam dünyasının mədəni mərkəzinə çevrilməsi təklifi ona eyni zamanda müasir sima da qazandıracaq. Bu günədək Azərbaycanda multikultural dəyərlərə əsaslanan dünya forumlarının və musiqi festivallarının məhz Qarabağda təşkilinin planlaşdırılması “Qarabağ Azərbaycandır!” şüarının bir daha dünyaya çatdırılmasında əsaslı fəaliyyət olacaqdır. Son illərdə Azərbaycanın beynəlxalq tədbirlərin təşkil olunmasında əldə etdiyi təcrübə gənclərin, könüllülərin, habelə cəmiyyətin bütün təbəqələrini əhatə edən mütəxəssislərimiz tərəfindən bu tədbirlərində ən ali qiymətə layiq görüləcəkləri birmənalıdır.Bu baxımdan ölkə başçısı İlham Əliyevin Azərbaycanın davamlı iqtisadiyyatının idarə olunmasında yeni zavodların, müəssisələrin açılmasında iştirakı sosial, iqtisadi və mədəni sahələrdə də dayanıqlı iqtisadi gücün olacağına əminlik yaradır.Vurğulamaq yerinə düşər ki, 2021-ci il Birləşmiş Millətlər Təşkilatı tərəfindən “Davamlı inkişaf üçün beynəlxalq yaradıcı iqtisadiyyat ili” elan olunmuşdur. Azərbaycanın da BMT-nin nümunəvi üzv dövləti olaraq elan olunmuş bu təşəbbüsə qoşulması işğaldan azad olunmuş ərazilərdə ardıcıl iqtisadi inkişafın təmin edilməsi istiqamətində fəaliyyəti daha da gücləndirəcəkdir. Buda bir çox sahələrdə olduğu kimi elan olunmuş təşəbbüsün lokal modelinin digər dövlətlər tərəfindən öyrənilməsinə şərait yaradacaqdır.Beləliklə, mədəni-ictimai və davamlı iqtisadiyyat qarşılıqlı formada bundan sonra da Azərbaycanın dayanıqlı inkişaf məqsədlərinə uğurla nail olmasında mühüm rol oynayacaqdır.

Məzahir Əfəndiyev,
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı

sia.az

Digər xəbərlər