Siyasət

  • 2 910

"Azərbaycan xalqı əbədi bu torpaqlarda yaşayacaq" DEPUTAT İZAH ETDİ

image

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Cəbrayıl və Zəngilan rayonlarına səfərləri dövr və siyasi proseslərin gedişatı baxımından çox əhəmiyyətli bir məqama təsadüf edir. Bilirsiniz ki, Ermənistanda hazırda seçki ab-havası hökm sürür, təbliğat və təşviqat xatirinə hətta 44 günlük müharibədəki məğlubiyyətlə barışmış Paşinyanın öz tərəfdarları belə revanşist iddialarla xal qazanmağa çalışır. Əvvəldən “intiqam Don Kixotluğu” edən qüvvələr isə daha aqressivləşib". Bunu SİA-ya açıqlamasında millət vəkili Bəhruz Məhərrəmov deyib.Deputatın sözlərinə görə, sirr deyil ki, son 30 ildə Ermənistanda seçkilər başda olmaqla bütün siyasi proseslər, kampaniyalar və hətta referendum belə antiazərbaycan, antitürk elementləri üzərində qurulur: "İndi, bölgəyə köçdüyü 200 il ərzində, həmçinin 103 illik dövlətçilik tarixində hayların ən ağır məğlubiyyətə düçar olması faktını da bu təcavüzkar ənənənin üzərinə gəlsək seçki-təşviqat prosesində Azərbaycan və Türkiyə əleyhinə köklənmələr anlaşılandır.Lakin, Azərbaycan ermənilərin revanş cəhdlərinə, ayrı-ayrı təcavüzkar akt və çıxışlarına göz yummaq niyyətində deyil. Cənab İlham Əliyev Cəbrayıl və Zəngilana səfəri zamanı da açıq mətnlə erməniləri ittihamlardan, ərazi iddiası və təcavüzkar davranışlardan əl çəkməyə çağırdı, əks halda, çox pis nəticələrə gətirib çıxaracağı xəbərdarlığını etdi. Məsələnin digər diqqət çəkən tərəfi isə bu bəyanatın Ermənistanla sərhədə yerləşən Zəngilan rayonunda - Şərqi Zəngəzurda verilməsi oldu. Dövlət başçısı həm çıxışı ilə, həm “ağıllı kənd” layihəsinə start verməklə nəinki Ermənistana, həm də onun havadarlarına bir daha mesaj verdi ki, “Bu torpaqları biz qaytarmışıq, düşmənin əlindən almışıq. Bundan sonra Azərbaycan xalqı əbədi bu torpaqlarda yaşayacaq".Xatırlayırsınızsa sərhəddin əks tərəfinə bir neçə gün öncə Paşinyan da səfər etmişdi və səfərin necə bitdiyinin hər birimiz şahidi olduq. Bu iki səfər əslində Azərbaycan və Ermənistan arasında mövcud fərqi tam reallığı ilə ortaya qoyur. Sərhəddən qərbdə anarxiya, hakimiyyətsizlik, təcavüzkar ritorika, müharibə vaxtı qaçıb gizlənmiş, indi isə ortaya çıxan fərarilərin revanş çağırışları, sərhəddən şərqdə isə müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ən müasir infrastruktur quruculuğu, böyük qayıdış üçün dayanıqlı məskunlaşma və iqtisadi fəaliyyətə reinteqrasiya prosesi və həddini aşarsa düşməni bir daha əzməyə hər an hazır olan "Dəmir yumruq". Bu mənada, cənab İlham Əliyevin böyük qayıdışa məhz Zəngilandan – şərqi Zəngəzurdan start verməsinin özlüyündə həm də ciddi bir siyasi mesajdır".

sia.az

Digər xəbərlər