PDF Oxu

Siyasət

  • 3 665

Ermənistanda revanşistlərin qalması regiona sülh vəd etmir - POLİTOLOQ ŞƏRH ETDİ

image

“3 iyun 2021-ci ildə Ermənistan prezidenti Armen Sarqsyan Qazaxıstana işgüzar səfər edib. Armen Sarqsyan səfər çərçivəsində jurnalistlərin suallarına cavab verərkən Ermənistanla Azərbaycan arasında 30 ilə yaxın davam etmiş Dağlıq Qarabağ münaqişəsinə də toxunub və münaqişə ilə bağlı maraqlı, həm də sərsəm açıqlama verib. O bildirib ki, müharibə bitməyib, sadəcə atəşkəs imzalanıb. 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli razılaşmda sülhlə bağlı hansısa bənd yoxdur. Qarabağın statusu yolu ilə hara gedəcəyimiz, danışıqların nə vaxt başlayacağı və prosesin necə olacağı da məlum deyil”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.Politoloqun sözlərinə görə, "Ermənistanla Azərbaycan arasındakı münasibətlər necə olacaq" sualına cavab olaraq Armen Sarqsyan bildirib: "Əminəm ki, bunun nəinki sərhəd bölgələrində yaşayan vətəndaşlarımız, həm də bütün Ermənistan vətəndaşları üçün nə qədər ağrılı olduğunu bilirsiniz". Prezident Armen Saqsyanın Ermənistan üçün həssas zamanda belə açıqlama verməsinin arxasında bir neçə səbəb dayana bilər. Birincisi, Ermənistandakı mövcud hökumət vətandaşların rəğbətini qazanmaq və seçkidə qalib gəlmək üçün verilmiş bəyanat xarakteri də daşıya bilər. İkincisi, Ermənistanda da Rusiyanın münaqişənin nizamlayıcı tərəf olduğuna inamın az olması. Üçüncüsü, regionda və dünyada baş verən proseslərin təsiri ilə digər maraqlı ölkələrin Ermənistana təziq etmək cəhdlərinin olması haqqında mövcud hökumətə verilmiş siqnallar. Dördüncüsü, Ermənistandakı mövcud hökumətin daxilində Qarabağ münaqişəsinin yekun həllinə nail olmaq və sülh müqaviləsinə imza atmaq məsələsində yekdil fikirin formalaşmaması”.S.Hümbətov hesab edir ki, Ermənistan prezidentinin verdiyi açıqlamalara səbəb yuxarıda qeyd edilmiş səbəblərin olması ehtimalından da qaynaqlana bilər: “Digər tərəfdən məğlub və rəzil durumuna düşməsinə baxamayaraq Ermənistanda hələ də bəzi revanşist qüvvələrin qalması regiona, həmçinin bütövlükdə dünyaya sülh və təhlükəsizlik baxımından yaxşı heç nə vəd etmir. Təbii ki, gec, yaxud tez zamanda Ermənistanın Azərbaycanla danışıqlar masasına oturub sülh müqaviləsinin bəndlərini müzakirə edəcəyini görmək mümkün olacaq”.

sia.az

Digər xəbərlər