Siyasət

  • 2 776

Azərbaycanın xarici işlər naziri Latviya Seyminin nümayəndə heyəti ilə görüşüb

image

İyunun 8-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Latviya Respublikasının Seyminin Azərbaycan parlamenti ilə əməkdaşlığın təşviqi qrupunun rəhbəri Roman Naudinşin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, nazir Ceyhun Bayramov qonaqları səmimiyyətlə qarşılayıb və ölkələrimiz arasında mövcud olan tarixi əlaqələrə, qarşılıqlı dəstək və əməkdaşlığa əsaslanan münasibətləri məmnunluqla qeyd edib. İkitərəfli və çoxtərəfli müstəvilərdə uğurla həyata keçirilən əməkdaşlığın perspektivləri vurğulanıb.
Roman Naudinş bölgədəki cari vəziyyətlə tanış olmaq baxımından səfərin əhəmiyyətini qeyd edib. Bölgədə sülhün təmin olunması üçün əldə edilmiş razılıqlara riayət edilməsinin vacibliyini ifadə edib. Latviya Seyminin üzvü, həmçinin Azərbaycanın üzləşdiyi mina təhlükəsinin ciddiliyini vurğulayıb.
Nazir bölgədə mövcud olan cari vəziyyət, xüsusilə də Ermənistanın sərhəd bölgəsində gərginliyin artırılmasına xidmət edən addımları, sərhəd məntəqəsində diversiya-kəşfiyyat fəaliyyəti, o cümlədən ərazilərin minalanması cəhdləri, eləcə də üçtərəfli bəyanatların icrası, azad olunmuş ərazilərin bərpası prosesi ilə bağlı qarşı tərəfə məlumat verib.
Görüşdə tərəflər iki ölkə arasında mövcud olan əməkdaşlıq münasibətlərinin inkişafı, habelə parlamentlər arasında, humanitar sahədə əlaqələrin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Söhbət zamanı ölkələrimiz arasında qarşılıqlı maraq kəsb edən bir sıra digər məsələlər müzakirə edilib.

yap.org.az

Digər xəbərlər