Siyasət

  • 1 820

“Xəzər dənizi sülh və əməkdaşlıq məkanıdır" - DEPUTAT AÇIQLADI

image

“Xəzər dənizi sülh və əməkdaşlıq məkanıdır. Bu baxımdan Aşqabadda keçirilən Xəzəryanı ölkələrin dövlət başçılarının görüşü böyük əhəmiyyətə malikdir. Keçən dəfə keçirilən samitdə Xəzər dənizinin hüquqi statusu haqqında sənəd qəbul olunmuşdu. Bu da mübahisəli bir çox məsələlərin həll olunmasına gətirib çıxartdı”. Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.Onun sözlərinə görə, indi keçirilən sammitdə də müzakirə olunacaq digər məsələlər də olacaqdır: “Bu, Xəzər dənizinin əhəmiyyətinin qlobal şəkildə artması ilə bağlıdır. Bu gün Xəzər dənizinin dibi ilə kommunikasiyaların çəkilməsi məsələsi də aktuallaşmışdır”.Deputat sözlərinə belə davam edib: “Həm də səfər çərçivəsində cənab Prezident İlham Əliyev Xəzəryanı ölkələrin dövlət başçıları ilə ikitərəfli görüşlər keçirir. Bu da ölkələrimizin ikitərəfli münasibətlər platformasında müəyyən məsələlərin müzakirəsi üçün bir imkan kimi də dəyərləndirmək olar”.

Ayşən Vəli

Digər xəbərlər