Siyasət

  • 1 965

Azərbaycan Avropada ən arzuolunan ölkədir! - ŞƏRH

image

Azərbaycan zəif dövrlərini arxada qoyaraq, artıq güclü və inkişaf etmiş müasir bir ölkəyə çevrilmişdir. Bu gün Azərbaycan regionda, əsasən də, Cənubi Qafqazda lider ölkə kimi öz statusunu qazanmışdır və bu statusu saxlamaqdadır. Çünki Azərbaycan indiki dövrdə regionun iqtisadi dayaq nöqtəsi hesab olunur. Bundan başqa Azərbaycanın Avropa ilə Asiya arasında birləşmə yaradaraq beynəlxalq ticarətin inkişafına təkan verdiyi hər kəsə məlumdur

Ölkəmizin uğurları müharibədən əvvəl də təqdirə layiq idi, lakin müharibədən sonra bütün dünya Azərbaycanın 44 gündə göstərdiyi hünəri və gücü görərək Azərbaycanın necə bir qüdrətli ölkəyə çevrildiyinin şahidi oldular. Anladılar ki, Azərbaycan 30-il bundan öncə olan ölkə deyil. Azərbaycan artıq öz müstəqil siyasətini yürüdə bilən qalib bir dövlətdir. Müharibə bitəndən sonra, dünya dövlətlərinin liderləri Azərbaycan ilə siyasi sferada əməkdaşlıq etməyə can atırdlar. Bunun bir başa əlaqəsi ölkəmizin etibarlı tərəfdaş olması ilə əlaqədardır. Çünki Azərbaycan uzun illərdir özünü bir iqtisadi tərəfdaş kimi xam neftini dünya və Avropa bazarlarına ixrac edir və bu prosesdə heç bir narahatçılıq yaşanmamışdır. Artıq qış fəslinin gəlməsi ilə əlaqədar olaraq Avropanın enerji sferasında qıtlıq yaranacağı hər kəsə məlumdur. Bu yolda Avropa Azərbaycanın böyük dəstəyinə ehtiyac duymaqdadır. Buna dair də, Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlıq haqqında Memorandum böyük əhəmiyyət kəsb edəcəkdir ki, tərəfdaşlıq prosesi mümkün qədər təzləşdirilsin.

Bu gün dünya ölkələrin rəhbərləri Cənab Prezident İlham Əliyevlə siyasi masada bir yerə gəlməsini çox istəyirlər. Bununla da ölkə başçısının son dövrlər zəngin proqramlarla əhatə olunmuş işgüzar səfərlərin sayı durmadan artmaqdadır. Bu səfərlərdəndə biri son günlər Bolqarıstana olmuşdur. Səfər çərçivəsində ölkəmizin rəhbərinin keçirdiyi mühüm görüşlər və iştirak etdiyi tədbirlər Azərbaycan-Bolqarıstan əlaqələrinin, eləcə də ölkəmizin Avropa ölkələri ilə əməkdaşlığına çox mühüm töhfə vermişdir. Azərbaycan və Bolqarıstan bu gün iki dost və strateji tərəfdaş ölkə kimi sıx münasibətdə olan və siyasi əlaqələrinin davamlı olaraq inkişafını etdirən dövlətlərdir.

Behbud Quluzadə

YAP Ağcabədi rayon təşkilatının əməkdaşı

Digər xəbərlər