Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyinin təşkilatçılığı ilə yanvarın 11-də Vaşinqtonda yerləşən ABŞ-Azərbaycan Ticarət Palatasında ölkəmizin mədəniyyət paytaxtı olan Şuşaya həsr edilmiş “Xarı Bülbül Əfsanəsi” sənədli filminin təqdimatı keçirilib.
Tədbirdə sənədli filmin rejissoru isveçli Mikayıl Silkeberq və Amerika Muğam Cəmiyyətinin təsisçisi Cefri Verbok iştirak edib, Azərbaycanın, xüsusilə də Şuşanın zəngin mədəni irsi və işğaldan azad edilmiş ərazilərimizə səfərləri barədə söhbət açıblar.
Tədbirdə ABŞ Dövlət Departamenti, bu ölkədə akkreditə olunmuş diplomatik və hərbi attaşelik korpusunun nümayəndələri, Azərbaycan diasporunun fəalları iştirak ediblər.
Sonda qonaqlar üçün milli mətbəximizin təamları təqdim edilib.
yap.org.az
Rusiyalı keşiş cənnət və cəhənnəm haqqında 5 mifi dağıdır. Cəhənnəm necə qurulub və insanlar niyə cənnətə gedirlər?
Müəyyən hallarda, “Morpheus krallığına düşməyin” mümkünsüzlüyü mütəxəssis qiymətləndirməsini tələb edir...