PDF Oxu

Sosial

  • 7 204

Əlinin dəlləkliyi Qabilin başında -FELYETON

image

Deməli, illərdir, vəzifə eşqi ilə odlanıb yanan Əli Kərimli fevralda keçirilən Prezident seçkilərində arzularının yenidən suya düşəcəyini əminliklə güman edib seçkiləri boykot etdi. Öz aləmində siyasi fiqur olduğunu göstərməyə çalışdı. Sonra məlum oldu ki, bu yazığın öz fikri-zadı deyilmiş boykot məsələsi. Qərbdən deyiblərmiş ki, Əli, belə oyna, o da belə oynayıb. Axı illərdir ki, AXCP sədri “Fatı qalx, Fatı, otur” misalı ilə hərəkət edir.

İndi də deyirlər ki, AXCP Əli qərbdən yeni tapşırıq alıb. Aldığı bu tapşırığın dəlləkliyini də yazıq Qabilin başında öyrənməyə başlayıb. Deyir, Fatı söy, bu an Qabil söyməyə başlayır, deyir ki, Fatı sus, bu vaxt Qabil susur.

Deyir, AXCP Əli Qabil söyəndə, baxır, elə fəxr edir ki, deyirsən bəlkə vəzifə veriblər. Qabilin söyüşü bu adamı o qədər açır. Yazıq, nə etsin, heç olmasa ürəyindən tikan çıxarmağın yollarını bir neçə dəqiqəliyə də olsa, tapa bilir.

Amma belə zənn edirəm ki, Əlinin üzündə gülüş başqa bir məsələdən də doğa bilər. Çünki o üz hələm-hələm gülməz. Deməli, qərbdən yeni tapşırıq alıb ki, bu söyüşlər hökmən olmalıdır. Bax edə bilsən, qrandın gələcək, edə bilməsən, kəsiləcək.

Əli də nə etsin? Canını Qabilin yolunda qoyur ki, Qabil daha yaxşı söyməyi öyrənsin. Yoxsa, ikinci yol yoxdur. İllərin peşmançılığı bir yana, seçkilərdə iştirak edə bilmədiyi bir yana, bundan sonra heç vaxt arzularının reallaşmayacağına əminliyi bir yana, durub Qabilə söyüşü də öyrədə bilməsə, qrand da kəsilsə, ta bu nə həyat oldu ki...

Odur ki, Qabilə də qrandından bircə tikə ayırıb ki, Qabil, sifarişim gələndə bax bunları de, söy. Dayan, deyəndə, dayan.

Qabil də olub AXCP Əlinin sağ əli. Elə Əlidən sifariş gələn kimi telefonunu nizamlayıb qoyur bir küncə, orada öz-özünə danışır-danışır, yerləşdirir sosial şəbəkələrə. Nə etsin, uşağının çörəyini çıxarır da.

Ancaq maraqlıdır ki, bu uşaq böyüyüb Qabilə nə deyəcək də. Elə olar Qabilin arxasından bir təpik vurub evdən qovar ki, get, o Əli, o da sən. Mənə sənin kimi söyüşcül dədə lazım deyil.

Onda isə Əli Qabilə deyəcək ki, ə, sən kimsən, mən səni tanımıram. Buradan elə get ki, gözüm səni görməsin. O bir kampaniya idi, dedim söy, söydün, pulunu aldın da, indi nə istəyirsən?

Qabil də deyəcək ki, ya mənə sahib çıx, ya da gedib hamıya deyəcəyəm ki, söyüşlərin hər birinin sifarişini sən vermisən, onda biabır olarsan, ağlın başına gələr.

Əli də qayıdıb Qabilə nə desə yaxşıdır: kül başına, fil qulağında yatmısan, nədir. Səndən əvvəl Sevinc Osmanqızı mənim nə zibilim var, hamısını açıb. Eşidən eşidib, bilən də bilib.

Bu dəfə Qalib elə peşman olacaq ki, başlayacaq Əlinin özünü söyməyə. Ardı necə olacaq, ta bunu da özünüz fikirləşin...

Mətanət Məmmədova

Digər xəbərlər