PDF Oxu

Sosial

  • 832

Görüm, yeməklərin bayırdan hazır gəlsin! -FELYETON

image

Bu günlərdə bir xına mərasimində iştirak edirdim. Xınanın qısa xülasəsini sizə danışmağı özümə borc bildim.

Ümumi mənzərə: Xına məkanında Azərbaycanın toy mərasimlərindən biri, həm də başlıcası olan xınadan əsər-əlamət yox idi. Masaların üzəri toylarımızdakı kimi, yeməklərlə dolu idi.

Düzdür, Azərbaycan musiqisi səslənirdi. Hamı da rəqs edirdi. Xına aparıcısı da elə bir “istedada” malik idi ki, qulaqlılar olsun, eşitməsin.

Birazdan məclisə “arabesk” musiqisi ilə rəqs edən rəqqasə təşrif buyurdu. Bax, əsas xına bundan sonra başladı. Denən, masalarda məndən başqa bir adam qaldı? Hamı qalxdı ayağa, sanki xına indicə başladı. Hay-qışqırıq, səs-küy elə bil bir-birinin ardınca insanın beyninə musiqili zərbələr endirirdi. Başımı çevirib baxam ki, nə? Bir yarıçılpaq qadın ortalıqda özünə bir sitəm edir, gəl, görəsən. Yanında da qonaqlar, hamı “arabesk” rəqsdə. Bəlkə bir saat beləcə davam etdi.

Daha sonra bizim “məşhurlardan” biri gəldi, 4 fanagram ilə buradakıları mədəni şəkildə təhqir edib alqışlarla qarşılandığı kimi, alqışlarla da yola salındı. Bu müğənni də oxuyanda mənimlə bərabər bir-iki nəfərdən başqa hamı ortalıqda idi.

Bir azdan isə gəlin tərifi başladı. Xına aparıcısı olan xanım: Gəlin, görüm, səni xarici maşınlarda gəzəsən. Gəlin, görüm, səni yeməklərin bayırdan hazır gəlsin. Gəlin, görüm, səni, pal-paltarını butiklərdən alasan.

Söhbətin bu yerində gördüm ki, artıq tənəzzül edirəm, yavaşca qalxıb, xına keçirilən məkanı tərk etdim.

Mətanət Məmmədova

Digər xəbərlər