Lerik rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov əhali ilə növbəti səyyar qəbul-görüşünü uca dağların qoynunda yerləşən Nüvədi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Nüvədi, Brkandul, 40-cı kilometr, Rəzəvül, Vistən kəndlərinin, Əliabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Soru, Əliabad, Gürdəsər, Camaşəir kəndlərinin sakinləri ilə keçirdib. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrinin rəhbərləri iştirak ediblər .
İcra başçısı bildirib ki, sizinlə keçirdiyimiz səyyar qəbullar həmişə səmərəli olub, verilən təkliflərin, qaldırılan problemlərin həlli istiqamətində müəyyən işlər görülüb. Bir qayda olaraq vətəndaşların hər bir müraciətinə həssas yanaşılır, ədalətli, obyektiv qaldırılan məsələlərin həllindən ötrü qanuna müvafiq addımlar atılır.
Bütün görülən işlər cənab Prezidentin rəhbərliyi və tapşırığı ilə həyata keçirilir. Sabitlik, əmin-amanlıq şəraitində yaşayan xalqımız görülən işlərə, inkişafa, tərəqqiyə görə Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən cənab Prezidentimiz İlham Əliyevə minnətdardır. Aparılan quruculuq-abadlıq işləri əhalinin normal yaşayışının təmininə, eləcə rifah halının yüksəlməsinə xidmət edir.
Başçı, həmçinin cənab Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədən irəli gələn əsas vəzifələr barədə də yerli sakinlərə məlumat verib.
Qəbul zamanı kənd sakinləri çıxış edərək şikayət və təkliflərini rayon rəhbərinə bildiriblər.
İcra başçısı sakinlərin arzu və təkliflərini diqqətlə dinləyib , problemlərin həlli barədə aidiyyəti üzrə tapşırıqlar verib.
Sonda sakinlər səyyar görüşdə fikir və istəklərinin sərbəst, maneəsiz ifadə etdikləri üçün dövlət başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə ediblər.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü