Sosial

  • 1 488

“Özümüz yaxşı olaq və ətrafımızda olanlara da yaxşı gözlə baxaq”

image

Müqəddəs Quran və dinimiz baxımından insanlara olan münasibət birmənalıdır. Allah-tala müqəddəs Quranda buyurur ki, mən insanı gözəlliklər üçün yaratmışam. Bu sözləri SİA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bildirib.

Onun sözlərinə görə, təbii ki, insanlar həyatda xeyirxahlıq,yaxşı əməllər, yaxşı işlər üçün Allah tərəfindən xəlq olunmuş və vəzifələnmişdirlər: “İnsanlar bu işləri görsünlər. Amma təəssüflər olsun ki, həyatımızda, ətrafımızda fərqli insanlar da mövcuddur. Məsələn, davranış, əxlaq, münasibətlər baxımından fərqli insanlar var. Bəziləri xeyirxahdır, bəziləri isə bədxahdır. Bəziləri müsbət, bəziləri mənfi əmələ, əxlaqa sahibdirlər. Çünki insan azad yaradılır. İnsanın əməli öz ixtiyarında, əlindədir. İnsan həyatda formalaşır. Xüsusilə də alimlərimiz bu mövqedədir ki, insanları büt formalaşdırır. Bir məna bir çox alimlər də belə düşüncədədir ki, gen, zat baxımından qan və südlə insanların əxlaqı onlara nəsib olur. Onlar həmin genetik gələn bir çox əxlaqi dəyərləri həyatda büruzə verib, göstərirlər. Əksər alimlər isə bu qənaətdədirlər ki, insan yaşadığı mühit baxımından da formalaşa bilər. Mənfi, çətin mühitdə formalaşıb və yaşayırsa insan mənfi xüsusiyyətlərə də daha çox sahib olur. Onların aldığı tərbiyədən də çox şey asılıdır. Amma el arasında belə bir ifadə var ki, “əli yüngül, ayağı ağırdır”. Bu el arasında deyilən bir ifadədir. Yəni müəyyən insanlar var, münasibətdə onlara belə yanaşa bilərlər. Təbii ki, insanların əli yüngül olması, ayağı ağır olması ifadələri el arasında çox istifadə olunan ifadələrdir. Bir-birinə olan münasibətlərdə davranışlarda bunu yoxlayır bir çox insanlar. Təbii ki, bundan da fərqli olan bəzi insanlar var. Məsələn gün baxımından bəzi günlərin ağır olmasına inanırlar. Bu mövzularda hər bir insanın özünün gəldiyi müəyyən qənaət var. Amma dinimiz baxımından Quran açıqlamasında Allah-tala insanları yaxşı əməllərə görə xəlq edib. Bu cür deyimlər isə insanlarla olan münasibətlər zamanı gəlinən qənaətlərin nəticəsidir. Buna görə də bu cür deyimləri hər kəsə şamil etmək olmaz. Təbii ki, qeyri-adi halların da həyatda baş verməsi mümkün olur. Amma yenə də bir insanın müsbət yaxud mənfi olmağı özünün əxlaqı və davranışlarından asılıdır. Bizdən tələb olunan isə odur ki, ətrafımzdakı insanlara qarşı səmimi, mehriban və xeyirxah olaq. Çalışaq ki, yaşadığımız cəmiyyətdə bizi müsbət insan kimi tanısınlar. Amma heç də birinə pis, birinə yaxşı münasibət bəsləməyi bizim dinimiz buyurmur. Dinimizin bizə buyurur ki, biz özümüz yaxşı olaq və ətrafımızda olanlara da yaxşı gözlə baxaq. Bu ən müsbət olan dəyərlərdən biridir”.

Digər xəbərlər