Müdafiə Nazirliyinin cari ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə keçirilən tədbirlər çərçivəsində hərbi hissələrdə ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin cəlb edildiyi növbəti təlim toplanışı davam edir.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, plana uyğun olaraq, hərbi vəzifəlilərin nizam-intizamını və mənəvi-psixoloji vəziyyətini artırmaq məqsədilə onlarla ictimai-siyasi hazırlıq məşğələləri keçirilib.
Təlimə cəlb olunan heyət, həmçinin atəş hazırlığı üzrə məşğələlərdə iştirak edib, atıcı silahlar və əl qumbaraatanlarından praktiki atış çalışmalarını yerinə yetirib.
Keçirilən toplanışın əsas məqsədi ehtiyatdan çağırılan hərbi vəzifəlilərin döyüş hazırlığının, bilik və bacarıqlarının daha da inkişaf etdirilməsi, praktiki vərdişlərinin təkmilləşdirilməsi, eləcə də onlara yeni hərbi biliklərin aşılanmasıdır.
Rusiyada yoluxma hallarının artması müəyyən dərmanların populyarlığı ilə əlaqələndirilir...
Alimlər yazı sürətinin və əl koordinasiyasının yaşlı insanların zehni sağlamlığı ilə necə əlaqəli olduğunu aşkar ediblər...
Acılı qidalar yemək ürək-damar sağlamlığına müsbət təsir göstərə bilər...
100 kilometrə 0,11 litr yanacaq sərf edir, amma bir problem var...