Köşə

  • 5 646

O mikrofonu adamın...

image

Bakı Apellyasiya Məhkəməsində nağılbazlar növbəti dəfə əsl hoqqa çıxartdılar. Deməli, Qiyas İbrahimov adlı müxalifətçi məhkəmədə mikrofonu yerindən dartıb yerindən çıxarmaqla sındırdı, sonra da tulladı... Onun bu tərbiyəsiz hərəkətinə hərə bir cür qiymət verdi. Onun tərbiyəsizi hərəkətini qınamaq əvəzinə, müxalif şou-menlər də nağıllar uydurmağa başladılar.

Məhkəmədə iştirak edən Müsavatın keçmiş başqanı İsa Qəmbərin Q.İbrahimovun bu tərbiyəsiz hərəkəti ilə bağlı verdiyi açıqlama əsl düşüklük nümunəsi idi. Görün o, nə deyir: "Qiyas mikrofonu, sadəcə, yuvasından çıxartdı, mikrofona heç bir xəsarət yetirmədi...". Təsəvvür eləyin, özünü "lider" adlandıran bu adam hələ də bilmir ki, cansız əşyalara vurulan ziyan xəsarət adlana bilməz, mikrofon canlı deyil ki! Xəsarət insana dəyər, insan xəsarət alar. "Mikrofonun yuvası" ifadəsinə görə isə, sənə ayrıca bir "like" düşür.
Oğlu da özünə çəkib, "Nida"nın ağbirçəyi rolundan çıxış edən Turqut Qəmbər videorolik hazırlayıb və guya sadə vətəndaşların ona ünvanladığı sualalrı cavablandırır. Axırda deyir ki, ölkəni böhrandan çıxarmaq üçün "siyasi məhbus"lar azad olunmalıdır. Birincisi, heç bir beynəlxalq konvensiyalarda, sənədlərdə, heç bir qanunda "siyasi məhbus" termini yoxdur. İkincisi, sizlərin "siyasi məhbus" adlandırdığınız şəxslərin hamısı konkret cinayət törətdiklərinə görə həbs ediliblər. Azərbaycanda kimliyindən asılı olmayaraq, hər kəs qanun qarşısında eynidir və cinayətkar da cəzasını almalıdır. AXCP və Müsavat üzvü cinayətkardırsa, o, həbs edilməməlidirmi? Bu, nə absurd yanaşmadır axı!!? Başa düşürük, ağzınıda şirə qalıb, iqtidarda olduğunuz dövrdə hər yoldan ötən cəbhəçiyə milyonlarla kredit verdiniz, heç birisi dövlətə bircə qəpik pul ödəmədilər. Türkiyəyə, Gürcüstana və Avropa ölkələrinə pullarını daşıyıb, orada özlərinə villalar tikdilər, obyektlər aldılar.
Bu gün Gürcüstan vasitəsi ilə sərhədlərimizi qanunsuz keçməyə cəhd edən Əfqan Muxtarlını "müdafə" edərək, özünə siyasi dividend qazanmağa çalışan İ.Qəmbər vaxtilə onun Müsavatdan qovulması üçün xüsusi plan hazırlamışdı. Öncə Əfqanın əlinə bir fotoaparat verib "Yeni Müsavat"a göndərmişdi, sonra onu redaksiyada təxribata sürükləyərək, videosunu çəkmişdilər. Əfqanı da tanıyanlar bilirlər ki, ağzından çıxan 5 sözdən 4-ü söyüş və təhqir idi. Bu adamla normal şəkildə görüşmək, söz danışmaq qeyri-mümkün idi. Nə isə, "Yeni Müsavat"dan qovdular, sonra üz tutdu AXCP-yə... Orda da Ə.Kərimlinin mühafizəçisinin ailəsini təhqir etdiyinə, onunla yumruq davasına çıxdığına görə, AXCP-dən də qovuldu. Sonra bu adam Xədicə İsmayıla cangüdənlik etdi. Bu adama jurnalist deyənlər, onun bir məqaləsini çıxarıb göstərə bilərlərmi? Əfqan cümlə qura bilmirdi, əlinə bir fotoaparat alıb küçələrdə sülənməkdən başqa nəyi bacarırdı ki!? Olsun Mehman Hüseynov... Ali təhsili olmayan, əsgərlikdən xəstəlik adı ilə yayınan bu "Facebook pişiyi"ni jurnlaist kimi təqdim etməyin mənası nədir!? İndi nə baş verib ki, Ə.Kərimli, İ.Qəmbər Əfqanı "müdafiə" edirlər, hətta əldə etdiyimiz informasiyalara görə icazəsiz aksiya da keçirmək istəyirlər.

Digər xəbərlər