PDF Oxu

Köşə

  • 4 099

GERİYƏ ADDIM ATAN MÜXALİFƏT

image

Müxalifət düşərgəsində vəziyyətin həddən artıq kritik olduğu bir dövrdə növbəti problemin yaranması sözügedən prosesi bir qədər də inkişaf etdirib. Yəni müxalifətin inkişafı yalnız dağılırsa, inkişafla dağılır, qruplara bölünərək bir-birləri ilə savaşırsa, burada da inkişafla bölünür və inkişafla savaşır. Hansı ki, düşərgə "liderləri" müxalifətin inkişafını başqa səmtə də yönəldə bilərdilər. Məsələn, sivil mübarizə metodunun inkişafına, doğru-düzgün demokratiyanın inkişafına, xalqı özündən təcrid etmədən, dövlətçiliyə qarşı çıxmadan, xalqa, dövlətçiliyə doğru inteqrasiya inkişafına və s.

Özlərini "demokratik qüvvələr" adlandıran ənənəvi müxalifət "liderləri", həqiqətən də demokratik dəyərlərə mənsub olan siyasətçi olsaydılar elə demokratik şəkildəcə siyasi arenanı üzüsulu tərk edib siyasi arenanı tərk edəndilər. Bu gün düşərgədə son anda demokratik insan olmadıqlarını anlayanlar belə çıxır ki, vaxtilə özlərinə "lider" seçdikləri fərdlərdən daha ağıllı və daha düşüncəlidirlər. Çünki düşərgədən istefaya gedənlər, yəni hansı ənənəvi müxalifət partiyasının, hərəkatın, yaxud da təşkilatın üzvü olmasına baxmayaraq, nəticə etibarilə illərini öz "liderləri"nin şəxsi mənfəətlərinə, siyasi dividendlərinə qurban verdiklərinə peşman olurlar. Düzdür, sonrakı peşmançılıq fayda verməsə də, belə yolun yarısından da geri dönmək xeyirlidir.

Bu gün müxalifət partiyalarında istefalar artmaqdadır. Məsələn, AXCP, Müsavat, ADP... və sairə, hansını deyək. Sual yaranır - niyə, hansı səbəbə və hansı arqumentləri əsas gətirərək istefa verən funksionerlər üzv olduqları partiyanın sədrini "lider" kimi tanımırlar? Cavab verirlər ki, uzun illər dəyərli canlarını həmin "liderlər"ə görə fəda edən funksionerlər sonda anladılar ki, onların canı daha səmərəli, daha faydalı işlər üçün lazımdır. Çünki həmin istefa verən funksionerlər üçün normal cəmiyyətin, normal ictimaiyyətin marağı Əli Kərimli, İsa Qəmbər, Arif Hacılı... kimilərin yürütdüyü anlamsız maraqdan daha üstündür.

Beləliklə, bu kimi halları çox göstərmək olar. Düz 1993-cü ildən başlayaraq, 2013-cü ilə qədər ənənəvi müxalifət geriyə doğru sürətlə inkişaf edir. Düşərgənin belə "inkişafına" isə Leninin inqliab tezislərində, direktivlərində işlədilən bir fraza ilə münasibət bildirnək olar - bir addım irəliyə, iki addım geriyə doğru irəliləmək.

Bu gün "Milli Şura"nın "İctimai Palata"nı, "İctimai Palata"nın, "Azadlıq" blokunu, "Azadlıq" blokunun "Bizim Azərbaycan" blokunu, "Bizim Azərbaycan" blokunun, "Müxalifətin Koordinasiya Mərkəzini", "Müxalifətin Koordinasiya Mərkəzi"nin "Demkonqres 1"-i, "Demkonqres 1"-in "Demkonqres 2"-ni, "Demkonqres 2"-nin "DUBB"-u, "DUBB"-un "DUH"-u, "DUH"-un isə "SİDSUH"-u əvəzləməsi də məhz bir addım irəli, iki addım geri kimi qiymətləndirilməlidir.

Mən hələ "Amal" Ziyalılar Hərəkatını, ANİF-i, "Ziyalılar Birliyi"ni, eləcə də "Ziyalılar Forumu"nu demirəm...

Budur, ənənəvi müxalifətin "inkişafı" və "perspektivi". Çoxsaylı adlar, abbreviaturalar və s. Bəs nə bilmildiniz, "inkişaf" başqa cür necə ola bilər?

Digər xəbərlər