Şəxsi ambisiyalar, gerçəklik və zaman çərçivəsində seçim etməkdə acizlik edənlər niyə müxalifət düşərgəsində cəm olub? İstək və arzuların başdan yuxarı qalxdığı, bacarıqla edə bilməməyin çərçivəsinin cızıldığı müxalifət düşərgəsində nələr baş verir? Elə bu yazıda toxunacağımız məqamlar bunlarla bağlı olacaq. Bildirək ki, maraqlar və iddialar üzərində bərqərar olmaq iddiasında olan müxalifət hər saniyə sonluğa doğru yaxınlaşır. Gerçək dəyərlərdən tamamilə uzaq düşmüş, loyal prinsiplərlə idarə olunan müxalifət üçün yekun nəticə göz qabağındadır. Sadəcə olaraq, bütün olub- keçənləri bir kənara atıb birləşərək, bir mərkəz olacaqlarını bəyan edən müxalifət yetkililərinin səsləndirmiş olduqları qeyri-ciddi bəyanatlar birmənalı şəkildə mərkəzdənqaçma oyununa xidmət edir. Bu oyunun oyunçuları və icraçıları arasında isə yarı gizli, yarı aşkar mübarizə gedir. Eyni zamanda, bu oyunlara transfer olunmuşlar da, hiddət və mərəzin bir addımlığındadırlar. Əsəblər tarıma çəkilib, gözlər bir neçə ünvana dikəlib, icraçılar isə öz havalarındadır.
Bir-birinə qarşı kar olmaq, kor olmaq tendensiyaları və əl tutmamaq, salam verməmək kimi amillər...
Məhz belə bir məntiq isə acı sonluqdan qaçmağın mümkünsüzlüyünü özündə ehtiva etmiş olur. Ona görə də, müxalifət düşərgəsində yuxarılar aşağıları, aşağılar da yuxarıları eşitmir. Bir-birinə qarşı kar olmaq, kor olmaq tendensiyalarından, əl tutmamaq, salam verməmək kimi amillərdən, sözünü özün deyib, özün eşidirsən formasındakı "mən səni eşitmək istəmirəm, sən danışsan da, burada bəziləri kənara işləyir" formasında oxşar replikalar yekunda alışmaqda olan barış çəlləyi üçün bir kibrit çöpü oldu. Vaxtilə "Sən məni saymırsansa, mən səni heç dünəndən saymıram və yaxud İsa Qəmbərin nazı ilə çox oynamalıydım? Müsavat Arif Hacılının dədə malı deyil ki? Burada məndən çox əziyyət çəkən yoxdu, onu yuxarı başa çəkilənlər isə başqalarıdır" deyən İbrahim İbrahimli, Sülhəddin Əkbər kimilərin dalınca da, qabağınca da Müsavatdan gedənlər obrazdan çıxmağın məqamını indi seçmişdilər.
At kimi yeyib, it kimi yaşamaq və yaxud "padval" düşüncəsi...
Məntiq və düşüncə, qavramaq, söz eşidib, kəlmə kəsmək insan üçün normal bir şeydir. Eyni zamanda, bütün yaradılmışların ən alisi olan insan digər canlılardan düşünüb qərar verə bilmək xüsusiyyətlərinə görə də üstün mövqedədir. Əks halda Azər Əhmədov kimi "qidalanmaq" tendensiyası, insanlar istisna olmaqla digər canlılara da xas olardı. At kimi yeyib, it kimi yaşamaq və yaxud "padval" düşüncəsi... nə dərəcədə real və abstrakt bir deyimdir. "Dostunu mənə göstər, sənin kimi olduğunu deyim" atalarımız bu sözü boş-boşuna deməyiblər. Elə indi də həmin bədbəxtlik müxalifəti bürüyüb. Yazıq müxalifət...