İki gün öncə, bəlkə də dünyanın ən əclaf adamı ölmüşdü. Yas mərasimində iştirak etmək istəyim yox idi, əclaf ayaqlarım məni zorla apardı. Bütün əclaflar orada idi. Necə deyərlər, mən də ayaqlarımla iştirak edirdim, bir qədər oturub məclisdən, sözün həqiqi mənasında, uçdum. Molla ölünü o qədər təriflədi ki, ölmək istədim. Hamı gülürdü, ölənin pislik etdiyi adamlar da gəlmişdi. Sanki xınayaxdıda iştirak edirmiş kimi, yanaqları qıpqırmızı qızarmışdı. Kəsəsi, məclis yasa yox, ümidləri doğrulmuş insanların "qələbə" bayramına bənzəyirdi. Çox adamdan nə üçün güldüklərini soruşdum, cavab verən olmadı. Kimə sualı verirdimsə, əlini çiynimə qoyub, uğunub gedirdi. Axır cavab verən tapıldı. Sən demə, ölən adam məşhur sələmçi, faiz verən imiş, gülənlər də ona faizlə borcu olanlar... Ölənin oğlunun qılığına girib, rəhmətliyin borcluların adı olan dəftər qoyub-qoymadığını soruşurdular. Məlum oldu ki, rəhmətlik yazı da yaza bilmirmiş. Oğlu yanıb-yaxılırdı, əlini qapıya zollayıb, söz verdi ki, atasının sələm verdiyi adamların hamısını tapacaq. Bu rəhmətlik əvvəllər, sovet dövründə heç bir təhsili olmaya-olmaya həkim işləyirmiş, bütün xəstələri də eyni cür müalicə edirmiş. Ürək xəstəsinə mal təzəyini yandırıb qoxladırmış, dişi ağrıyana da qoz yarpağı dişləməyi məsləhət görürmüş. Böyrəkləri ağrıyan bir nəfərə məsləhət görüb ki, sağ böyrü üstündə yatmasın, ziyandır, sol böyrü üstündə yatmasın, ürəyi dayanar, arxası üstündə yatmasın, nəfəsi kəsilib ölər, qarnı üstündə yatmasın, yoxsa bağırsaqları dolaşar. Və beləcə, kişi 1 ay bu məsləhətə əməl edib, sonra yuxusuzluqdan dünyasını dəyişib. Rəhmətliyin o qədər pulu olub ki, hər corabının, işlənməyən qab-qaşıqların da içindən qırmızı yüzlüklər çıxırmış. Hamısı da haram pullar. Sələmlə gələn, vərəmlə gedər.
Məsələ bununla bitmədi, yas mərasimində daha sonra gördüklərim əsl biabırçılıq idi. Bir cavan oğlan gəldi, bu uşaq mənə hardansa tanış gəlirdi. Amma yadıma sala bilmirdim. Saqqalı yarımçıq, qaşında sırğa vardı, saçları didilmiş yun təsiri bağışlayırdı. Boyu 180 sm olan bu gəncin əynindəki şalvar o qədər qısa idi ki, cırıq-cırıq eləyib bitişdirsən, yarım metr olmazdı. Solumda duran tanışım, baş barmağını ondan sonrakı barmağının arasından keçirib mənə işarə verdi: "Ceyhun Bayramovdu bu gəncin adı, NİDA-çı..! Tanış gəlmədimi? NİDA-çı. Yaxşı bu gədənin yasda nə işi var, əlində narıncı padnos o tərəf-bu tərəfə şütüyürdü. Ölənin nəvəsi imiş. Adama deyərlər ki, ay əclafın nəvəsi, danışanda iqtidarı yeyib-talamaqda ittiham edirsən. Amma gorbagor babana qiymət verməmisən. Baban insanların haqqını kəsib sənə yedirdib, irin-çirk yemisən. Bundan da artıq olmayacaqsan ki. Üstündən bir müddət keçmişdi, şanapipik-Mehman Hüseynov gəldi, yananında da 5-6 nəfər şortikli gədə. Birinin dabanından qolbağı, birinin burnundan, qaşından sırğa, birinin da dodaqlarından "Fredom" yazılan klon sallanmışdı. Bəs dəli necə olur, dəlinin buynuzu-zadı olmur ki!?
10 dəqiqə sonra bu şanapipiklər bir yerə yığışıb, həbs olunan NİDA-çı Qiyas İbrahimovun evlərinə getməyi qərara aldılar. Adama 5 manatdan pul yığırdılar. Üz tutdular "Neftçilər"ə. Heyif ayaqlarıma...