PDF Oxu

Köşə

  • 3 322

Tükənmiş pafos və fantaziyalar müxalifəti

image

Bəlli olan reallıq budur ki, Azərbaycan müxalifəti yarandığı gündən etibarən mövcud iqtidarla baş-başa gəlməyi bacarmayıb. Yəni nə ağıl, nə siyasi resurs, nə də səmimiyyət mövzusunda. Bu günə qədər müxalifət adına sıralanan bütün biabırçı, rüsvayçı məğlubiyyətlərin də səbəbi məhz budur. Durum dünən olduğu kimi, bu gün də dəyişməyib, sabah da dəyişməyəcək. Dağıdıcı müxalifətin eyni adlı estafeti bu gün də davam etməkdədir. Üstəgəl, ünvansız bir yol boyunca. Hətta Azərbaycan müxalifətinin düşərgəsində elə bir başıpozuqluq yaranıb ki, sabah onlar daha hansısa əndrəbadi qurum yaradıb orada toplaşsalar, artıq təəccüb etməyə dəyməz. Çünki adamların pafos, fantaziya imkanları da artıq tükənib. Hər şeydən, mümkün olan bütün adlardan istifadə ediblər. "SİDSUH"-dan tutmuş ta üzü bəriyə məsələn "Milli Şura"ya qədər...

Səbəb yalnız budur!

Bəli, artıq bir şey qalmayıb. Odur ki, adı ciddi olmayan qurumların fəaliyyətindən də ciddi nəsə gözləməyə dəyməz. Ayrıca düşünmək olar ki, adlarındakı hərf sayı üzvlərinin sayından daha çox olan partiyalar özlərini növbəti dəfə biabır etməsələr, daha yaxşı olar. Heç olmasa abırları üzərlərində qalar. AXCP, Müsavat, "VİP", AMDP, ADP, "Ümid", KXCP, Ədalət, VHP, "AzDP", "VAMP", AXP, eləcə də adlarını sadalamadığımız digər bənzər partiyalar özlərini "cırtdan" partiyaların böyük və ağır "abiləri" hesab edirlər. Prosesə bu qədər tez qoşulmağı da olmayan reputasiyalarına sığışdırmırlar, vəssalam. Səbəb yalnız budur!

Qarşıda hələ Ə.Kərimlinin C.Həsənli başda olmaqla, "Milli Şura" ilə uzun müddətdən bəri çəkilməmiş qalan haqq-hesab var...

Beləliklə, deyə bilərik ki, məğlubiyyət müxalifətimizin alın yazısıdır. Onların qabiliyyətinə, istəyinə, səmimiyyətinə, gücünə tam adekvat olan bir yekundur. Adamların 25 illik məğlubiyyət immuniteti var. Artıq onlarda arsızlıq mərhələsinə də keçid var.

Qoca, naftalin iyi vermiş müxalifət veteranları...

Məsələn, Müsavatın sabiq başqanı İ.Qəmbərin dərdi itirmiş olduğu başqanlıq statusunu kompensasiya etməkdir. Ona görə hansısa qurumu, təsisatı yaradıb öz qüdrətini göstərməyə çalışır. Eyni zamanda, qarşı tərəfə "mən də varam" mesajını verir.

Ə.Kərimli isə "Milli Şura"nı əlində alət edib cibini güdməklə, pulunu qazanmaqla məşğuldur. Yəni bunların yönümləri tam fərqli olsa da, bənzərlikləri də mövcuddur.

Daha bir fakt isə budur ki, hər ikisi bir-birinə uzun illərdən bəri patoloji nifrət bəsləyir. Ona görə də məqsəd və amal hər nə olursa-olsun, məqamı gələndə, fürsət düşəndə, öz zəhərlərini tökəcəklər, nifrətlərini büruzə verəcəklər. Seçki söhbəti isə hər iki siyasətçi üçün çoxdan bitmiş mövzudur. İ.Qəmbər və Ə.Kərimli radikal müxalifətin qələbə görməyən uğursuz veteranlarıdırlar. Qoca, naftalin iyi vermiş veteranları...

Digər xəbərlər