PDF Oxu

Mədəniyyət

  • 12

Milli Dram Teatrı Norveçə səfər edəcək

Milli Dram Teatrı Norveçə səfər edəcək
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı kollektivinin yeni mövsümdə Norveçə səfəri gözlənilir. Teatrın direktoru Maqbet Bünyatov deyib ki, sentyabra nəzərdə tutulan səfər çərçivəsində teatr kollektivinin ifasında Henrik İbsenin "Oyuncaq ev" ikihissəli tamaşasının nümayiş etdirilməsi nəzərdə tutulur. M. Bünyatovun sözlərinə görə, Azərbaycandakı Norveç Krallığı Səfirliyinin maliyyə dəstəyi ilə hazırlanan tamaşanın quruluşçu rejissoru Bəhram Osmanov, quruluşçu rəssamı Tahir Tahirov, musiqi tərtibatı Səbuhi Məmmədovdur. Tamaşada məşhur Norveç bəstəkarı Edvard Qriqin musiqisindən istifadə olunub. Tamaşanın rollarında Abbas Qəhrəmanov, Sənubər İsgəndərli, Cəfər Namiq Kamal, Mehriban Xanlarova, Füzuli Hüseynov və digər aktyorlar çıxış edəcəklər. Teatr rəhbəri onu da bildirib ki, hazırda Milli Teatrla Azərbaycanın Belorusdakı Səfirliyi ilə sentyabrın sonlarında teatr kollektivinin Belorusa səfəri barədə danışıqlar aparılır. Səfər ərəfəsində teatrın yaradıcı heyətinin ifasında Hüseyn Cavidin "Şeyda" əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın nümayişi nəzərdə tutulur.

Digər xəbərlər