İqtisadiyyat

  • 2 653

“Su təminatının yaxşılaşdırılması prioritet məsələlərdəndir” İQTİSADÇI ŞƏRH ETDİ

image

Rayonlarımızın su təminatının yaxşılaşdırılması, xüsusən də indiki mövsümdə əsas prioritet məsələlərdən biridir. Bu sözləri SİA-ya verdiyi açıqlamasında millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov deyib.Millət vəkilinin sözlərinə görə, nəzərə alsaq ki, torpaqlarımızın işğaldan azad olunması su ehtiyatlarımızı artırıb və xüsusən də işğaldan azad olunmuş ərazilərimiz, eləcə də bir sıra ətraf rayonlar həmin mənbələrdən faydalana biləcək.“Təbii ki, digər bölgələrimizidə su ehtiyatlarından istifadə edilməsi və xüsusən də su təminatının yaxşılaşdırılması ilə bağlı işlər sürətlənir. Nəzərə alsaq ki, məhz son sərəncamda da söhbət suya tələbin daha yüksək olduğu regionlarımızdan, rayonlarımızdan gedir. Bu, bir tərəfdən kənd təsərrüfatında suvarma işini yaxşılaşdırılması baxımından vacibdir, nəzərə alsaq ki, həmin rayonlar aqrar rayonlardır və təbii ki, onların, xüsusən də yay mövsümündə suya ehtiyacı daha yüksək olur. Digər tərəfdən isə bu, həmin ərazilərimizdə bütövlükdə ev təsərrüfatlarının da, ailələrin də suya tələbinin ödənilməsinə imkan verəcək, suya tələbatının yaxşılaşdırılmasına şərait yaradacaq. Bu baxımdan biz mütəmadi olaraq məhz fərqli bölgələrimizdə, rayonlarımızda su təminatının yaxşılaşdırılması ilə bağlı anoloji qərarların qəbul edilməsini müşahidə edirik və bu da təbii ki, ondan xəbər verir ki, ölkəmizdə su təminatının yaxşılaşdırılması və suya əlçatanlığın artırılması prioritet məsələlərdəndir. Təbii ki, bu istiqamətdə atılan addımlar və yeni su artezyan quyularının qazılması, qurğularının quraşdırılması məhz su təminatının bütövlükdə ölkə üzrə daha da yaxşılaşdırılmasına imkan verəcək”, deyə Vüqar Bayramov bildirib.

sia.az

Digər xəbərlər