CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 20-də 120,86 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,11 dollar/barel azdır.Bu barədə SİA ölkənin neft-qaz bazarındakı mənbə bildirib.FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 119,26 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,11 dollar/barel azdır.Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 78,23 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 1,18 dollar/barel azdır.Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 119,74 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,84 dollar/barel azdır.
sia.az
Almaniyada işgüzar əhval-ruhiyyə indeksi ardıcıl altıncı aydır artır...
Çin şirkətinin çıxış xəbəri ölkədəki ən böyük taksi sifariş xidmətlərindən biri olan Yandex Go-nun işində genişmiqyaslı nasazlıq yaradıb...
Pekin dünyanı ucuz mallarla doldurur, lakin fabrikləri mənfəət itirir…