Nizami Cəfərov: ”Türkdilli Dövlətlərin Parlament Assambleyasının yaradılması bütövlükdə türk dünyasının birliyi baxımından mühüm əhəmiyyət kəsb edir”
"Bu il sentyabrın sonlarında Bakı şəhərində Türkdilli Dövlətlərin Parlament Assambleyasının ilk sessiyası keçiriləcək". Bu barədə məlumat verən Milli Məclisin Azərbaycan-Türkiyə Parlamentlərarası dostluq qrupunun rəhbəri Nizami Cəfərov qeyd edib ki, qurumun yaradılması bütövlükdə türk dünyasının birliyi baxımından mühüm əhəmiyyət kəsb edir.
N.Cəfərovun fikrincə, Türkdilli Dövlətlərin Parlament Assambleyası öz fəaliyyəti ilə digər beynəlxalq təşkilatlar sırasında özünəməxsus yer tutacaq.