PDF Oxu

Əsas

  • 13

“Siyasi partiyalar haqqında” qanunda çox böyük bloklu dəyişikliklər olmalıdır

“Siyasi partiyalar haqqında” qanunda çox böyük bloklu dəyişikliklər olmalıdır
Məlum odluğu kimi, bir müddət öncə öz işini başa vurmuş parlamentin növbədənkənar sessiyası zamanı YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov növbəti dəfə təmsilçisi olduğu YAP adından "Siyasi partiyalar haqqında" qanunun dəyişdirilməsi təklifi ilə çıxış etmişdi. Eyni zamanda, o da məlumdur ki, qarşıdan növbəti bələdiyyə, ardınca isə növbəti parlament seçkiləri gəlir. Bu baxımdan, görəsən, qarşıdan gələn payız sessiyasında, ən azı, bələdiyyə seçkilərinə kimi sözügedən qanunun dəyişdirilməsi gözləniləndirmi? Yox, əgər sözügedən qanuna payız sessiyasında da dəyişikliklər edilməzsə, həm bələdiyyə, həm parlament seçkilərinə köhnə qanunla getmək nə dərəcədə düzgündür?
YAP İcra katibinin müavini, millət vəkili S.Novruzov bir daha məsələ ilə bağlı fikrini bildirərək bildirib ki, həqiqətən də, "Siyasi partiyalar haqqında" qanuna dəyişikliklər edilməsi məsələsini parlamentdə bir neçə dəfə qaldırıblar. O cümlədən, parlamentin növbədənkənar sessiyasının sonuncu iclaslarından birində bu məsələni yenə də gündəmə gətiriblər: "Bu məsələni, bu təklifi gündəmə gətirməkdə də məqsədimiz o idi ki, ən azı, növbəti bələdiyyə seçkilərinə kimi sözügedən qanuna baxılsın, orada müəyyən dəyişikliklər edilsin. Eyni zamanda, biz istəyirdik ki, Seçki Məcəlləsinə də bələdiyyə seçkiləri ilə bağlı müəyyən dəyişikliklər olunsun. Ancaq özünüz də bildiyiniz kimi, parlamentin növbəti payız sessiyası ilə bələdiyyə seçkiləri təxminən eyni vaxta təsadüf edir. Ona görə də, istər "Siyasi partiyalar haqqında" qanuna, istərsə də Seçki Məcəlləsinə dəyişiklikləri bələdiyyə seçkilərinə kimi reallaşdırmaq mümkün olmayacaq. Onu da qeyd edim ki, müvafiq Seçki Məcəlləsinə uyğun olaraq, istənilən seçkilərə, o cümlədən, bələdiyyə seçkilərinə rəsmi hazırlığa seçki gününə 75 gün qalmış icazə verilir. Yuxarıda da qeyd etdiyim kimi, bələdiyyə seçkilərinə hazırlığa rəsmi start verilməsi sentyabrın sonları, oktyabrın əvvəllərinə təsadüf edir. Bununla yanaşı, həmin vaxt, daha doğrusu, oktyabrın 1-də parlamentin payız sessiyası öz işinə start verir. Odur ki, ən azı, Seçki Məcəlləsinə nəzərdə tutulan dəyişiklikləri bələdiyyə seçkilərinə kimi reallaşdırmaq mümkün olmayacaq. Lakin bununla belə, güman edirəm ki, payız sessiyasının gedişatı zamanı həm Seçki Məcəlləsinə dəyişiklilərə, həm də "Siyasi partiyalar haqqında" qanuna dəyişikliklərə baxmaq və onları reallaşdırmaq mümkün ola bilər. Bir sözlə, qarşıdan gələn parlament seçkilərinə "Siyasi partiyalar haqqında" yeniləşdirilmiş qanunla getmək mümkündür".
S.Novruzov "Siyasi partiyalar haqqında" qanunu necə görməsi ilə bağlı fikirini də açıqlayıb. Bildirib ki, o, bir daha hesab edir ki, "Siyasi partiyalar haqqında" qanunda çox böyük blok dəyişikliklər olmalıdır. Özü də orada tək bir dəyişiklikdən söhbət getmir və getməməlidir. Orada edilməli olan çoxlu dəyişikliklər var ki, əslində, onları da, ən azı, bir neçə qrupa bölmək, qruplaşdırmaq olar: "Məsələn, siyasi partiyaların qeydiyyatdankeçmə prosedurundan tutmuş onların fəaliyyətinə, dövlət tərəfindən maliyyələşdirilməsinə, beynəlxalq təşkilatlarla əməkdaşlığa, onlarda təmsilçilik məsələsinə və digər məsələlərə qədər bütün məqamlar sözügedən qanunda ediləcək dəyişikliklərdə mütləq nəzərə alınmalı və onlar reallaşdırılmalıdır. Yəni, məhz bu baxımdan, biz YAP olaraq belə hesab edirik ki, "Siyasi partiyalar haqqında" mövcud qanuna ciddi dəyişikliklər edilməli, hətta lazım gələrsə, qanun bütövlükdə yeniləşdirilməlidir. Bu dəyişikliklərin edilməsi, təkmilləşdirilmənin aparılması olduqca vacibdir və zəruridir".
İstər qarşıdakı növbəti bələdiyyə və onun ardınca 2010-cu il növbəti parlament seçkilərinə YAP-ın hazırlığı ilə bağlı məsələyə aydınlıq gətirən S.Novruzov onu da vurğuladı ki, YAP hər iki seçkiyə, xüsusilə, bələdiyyə seçkilərinə - seçkilərə hazırlığa rəsmi start verilməsə də belə - tam hazırdır: "YAP özünün Proqram və Nizamnaməsinə uyğun olaraq bələdiyyə seçkilərinə hazırlıqla bağlı lazım olan bütün işləri görüb. Yəni, bu yöndə müvafiq müşavirə keçirilib, eyni zamanda, bununla bağlı, partiyanın İdarə Heyətinin müvafiq qərarı ortalıqdadır. Həmçinin, yerlərdə müvafiq seçki qərargahları yaradılıb və onların üzvləri artıq fəaliyyət göstərməkdədirlər. Bununla yanaşı, biz ümumiləşdirilmiş şəkildə şüarlarımızı və seçki proqramımızı işləməkdəyik, hazırda bunların üzərində iş aparılır. Bələdiyyə seçkilərinin rəsmi hazırlığı çərçivəsində, qanunun müəyyən etdiyi zamanda biz həmin seçki proqramımızı və əsas istiqamətlər üzrə şüarlarımızı bəyan edərək bu yöndə lazımi təşviqat işlərini də quracağıq".

Digər xəbərlər