PDF Oxu

Əsas

  • 9

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Suriyanın birinci xanımı Əsma əl-Əsəd Azərbaycan xalçalarından ibarət sərgiyə baxıblar

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Suriyanın birinci xanımı Əsma əl-Əsəd Azərbaycan xalçalarından ibarət sərgiyə baxıblar
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva və Suriyanın birinci xanımı Əsma əl-Əsəd iyulun 8-də "Azərilmə" Məhdud Məsuliyyətli Cəmiyyətində olublar.
Birinci xanımlar nadir Azərbaycan xalçalarından, "Azərilmə"nin məmulatından ibarət sərgiyə baxdılar. Xanım Əsma əl-Əsədə məlumat verildi ki, xalçaçılıq Azərbaycan xalqının ən qədim el sənətlərindən biridir. Yüksək keyfiyyəti və zəngin çeşidi ilə fərqlənən Azərbaycan xalçaları indi də dünyanın bir çox muzeylərinin ən nadir eksponatlarından sayılır. 1996-cı ildə yaradılmış "Azərilmə"nin məhsulları ABŞ, Almaniya, Avstriya, İngiltərə, İtaliya, Yaponiya, Rusiyada keçirilən sərgilərdə xüsusi mükafat və sertifikatlara layiq görülüb. Naxışların incəliyi və ilmələrin yüksək sıxlığı, çeşnilərin originallığı və milli koloriti ilə seçilən xalçaların istehsal prosesi bütün beynəlxalq standartlara cavab verir. İplər ancaq təbii rənglərlə boyanır, çeşnilərdə yalnız milli naxışlardan istifadə olunur. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Suriyanın birinci xanımı Əsma əl-Əsəd müxtəlif ölçülü yun və ipək xalçaların toxunduğu emalatxanada iş prosesini maraqla izlədilər. Bildirildi ki, burada müxtəlif çeşnilər hazırlanır və onların eskizləri əsasında Azərbaycanın bütün klassik xalçaçılıq məktəblərinə aid xalçalar toxunur. Xanım Əsma əl-Əsəd toxunuşu davam edən xalıya bir neçə ilmə vurdu. "Sehrli naxışlar" qalereyasında nümayiş etdirilən xalçalar da böyük maraq doğurdu. Səmimi söhbət çay süfrəsi arxasında davam etdirildi.

Digər xəbərlər