PDF Oxu

Əsas

  • 1 828

Almaniya qərəzli mövqeyinin qurbanı olacaq

image

Elşad Mirbəşiroğlu: "Avropa Oyunlarının təşkili ilə Azərbaycan Avropaya örnək olacaq standartlar yaratdı "

İlk Avropa Oyunlarına Azərbaycanın ev sahibliyi etməsinə qərar verilməsindən sonra bəzi dövlətlər ölkəmizə qarşı qarayaxama kampaniyasına başladılar. Demək olar ki, bu "yarış"da Almaniyadakı anti-Azərbaycan mövqeli qüvvələr daha fəaldırlar. Bu halda sual yaranır, Almaniyanın Azərbaycana qarşı qərəzli qarayaxma kampaniyası aparması nədən irəli gəlir? Politoloq Elşad Mirbəşiroğlu "Səs" qəzetinə açıqlamasında bildirdi ki, Azərbaycanın dünya xəritəsində yerinin və rolunun möhkəmlənməsi Almaniya da daxil olmaqla bəzi Avropa ölkələrini ciddi narahat edir: "Bəllidir ki, Avropa ölkələri bir cəbhədən çıxış edirlər. Hesab edirəm ki, Almaniya, sadəcə olaraq tək öz mövqeyini deyil, o cümlədən Qərbin Azərbaycana qarşı ikili standartlarını ifadə etməklə məşğul olur. Bunun səbəbini nədə görürəm? Birincisi Azərbaycanın özünü kifayət qədər müstəqil aparması Qərbi qane etmir. Bildiyiniz kimi, Avropanın istəyi ondan ibarətdir ki, bütün post-sovet ölkələri kimi Azərbaycan da Qərbin strategiyasını, siyasətini dəstəkləsin. Amma Azərbaycan dövləti və Prezident İlham Əliyev sırf milli maraqlarmızdan çıxış edərək bizim üçün məqbul olan istiqamətdə addımlar ataraq, ölkəni inkişaf etdirməkdədir. Bu da Qərbdə qıcıq yaradır və onu narahat edir. Birmənalı mövqe ondan ibarətdir ki, Qərb ondan asılı olan dövlətləri dəstəkləyir".

E.Mirbəşiroğlu onu da bildirdi ki, Qərb gördü ki, Azərbaycan çox böyük bir idman kampaniyasını həyata keçirdi. Yəni I Avropa Oyunlarını təşkil etdi: "Avropa Oyunlarının təşkili ilə Azərbaycan Avropaya örnək olacaq standartlar yaratdı. Təbii ki, bu da Qərbi bir az da qıcıqlandırdı. Məhz Avropa Oyunlarının keçirilməsi zamanında Almaniyanın Azərbaycana qarşı bu cür kampaniya aparmasının kökündə də bu məqamlar dayanır".

"Almaniyanın ATƏT-in Minsk Qrupu həmsədrlərindən olması təklifi irəli sürülmüşdür. Bu gün baş verən proseslər onu deməyə əsas verirmi ki, Almaniya həmsədrlərdən biri olsaydı, Fransa kimi öz qərəzli yanaşmalarını davam etdirəcəkdirmi" sualını cavablandıran politoloq bildirdi ki, yaxşı ki, şərait Almaniyanın həmsədrlərdən biri olmasına imkan vermədi: "Bütövlükdə ATƏT-in Minsk Qrupunun həmsədrliyində hansı ölkənin təmsil olunmasından asılı olmayaraq, bu institut səmərəli fəaliyyət göstərmir. Bütövlükdə, ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinə sərgilədiyi davranış tərzi yalnışdır. Yəni orada Fransanın Almaniya ilə əvəz olunması vəziyyəti köklü şəkildə dəyişəcək bir məsələ ola bilməzdi. Almaniyanın ATƏT-in Minsk Qrupunun həmsədrliyində təmsil olunamsı Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı hər hansı bir mütərəqqi müsbət addıma gətirib çıxara bilməyəcəkdi".

GÜLYANƏ

Digər xəbərlər