PDF Oxu

Əsas

  • 1 733

"Milli Şura"nın mitinqləri siyasi biznes layihəsidir"

image

Əli Kərimlinin sabiq xanım müşaviri Zərifə Məhəddinovadan şok ittihamlar

Parlament seçkilərinin vaxtı yaxınlaşdıqca müxalifət düşərgəsində qarşıdurmalar səngimək bilmir. Xüsusilə də son günlər AXCP sədri Əli Kərimlinin çıxartdıqları partiya funksionerləri bu partiyanın üzvləri olduqları üçün xəcalət çəkdiklərini deyiblər. Elə bu günlərdə AXCP sədrinin 4 ay öncə müşavirlikdən azad etdiyi Zərifə Məhəddinova "Yeni Müsavat"a sensasion faktlar açıqlayaraq, Əli Kərimli kimi Elçibəyin bizlərə miras qoyub getdiyi qondarma liderlərin arxasında olduğu üçün xəcalət çəkdiyini bildirib: "Əli Kərimli kimi maşenniklə bir partiyada təmsil olunmağımdan utanıram. Bu adamın keçmişi heç öz tərəfdarlarına belə, tam şəkildə bəlli deyil. Sözün açığı, onun siyasi fırıldaqçılıq, satqınçılıq üsullarına şeytan da həsəd aparar. Bizləri indi yox, 22 il əvvəldən satıblar. AXCP-də olarkən gördüklərimdən, yaşadıqlarımdan iyrəndim. Eyni zamanda, "Milli Şura"nın mitinqləri siyasi biznes layihəsidir".

Z.Məhəddinova bu gün Ə.Kərimlinin heç bir şeyə nail ola bilməyəcəyini bildirib: "Artıq Əli Kərimli heç nə edə bilməz. Əvvəla, onun xisləti budur. İkincisi də, o, satqın, gözükölgəli adamın çox atılıb-düşməsinin və 5-10 nəfər partiyada olanlara rəhbərlik etməsinin mənası yoxdur. İllərlə millətin apardığı mübarizəni satıb pula çevirən, xalqın milli ruhunu öldürən, onun özünəgüvənini sarsıdan, ətrafında qoçu və şər-böhtançı dəstə saxlayan, haqqı deyən adamları ləkələyib sıradan çıxaran Əli Kərimli kimilər bu xalqın qulluğunda ola bilməz. Bunların apardıqları çirkin oyunları görürdüm. Heç bir müdafiəm yox idi. Adlarını kişi qoyanlar, təklikdə dediklərimi təsdiq edirdilər. Üzdə isə yaltaqlanırdılar. Heç səmimi olmadılar. Hamı qorxurdu. Partiyadakı diktator, elə-belə diktator deyil. Daha amansız, daha həyasızdır. Mən azad ruhlu adamam. O, mühitdə çox qala bilməzdim. Arxasında əməlli-başlı şər-böhtan dəstəsi var. Elə şərləyərdi ki, altından çıxmaq olmazdı. Təkcə qovmaqla əl çəkməzdi. Sovet vaxtı düşünürdük ki, bu millət ayılar, fürsətdən istifadə edər. Etdi də. Amma bir qrup şarlatana uyduq. Ömrümüz yanlış qapılarda keçdi. Lider dediyin seçkiyə qatılar, ya udar, ya uduzar. Hər seçkidə Etibar Məmmədovu, Rüstəm İbrahimbəyovu, Cəmil Həsənlini, Arif Məmmədovu qabağa verməz. Arifi tanımıram. Amma izlədiklərimdən görürəm ki, növbəti şarlatandır".

AXCP sədrinin sabiq xanım müşaviri "Milli Şura"nın mitinqləri keçirməkdə məqsədlərini də açıqlayıb: "Milli Şura", həm də AXCP mitinqləri siyasi biznes layihəsindən başqa bir şey deyil".

R.HÜSEYNOVA

Digər xəbərlər