PDF Oxu

Əsas

  • 1 759

Bolqarıstan prezidenti Avropa Oyunlarını Azərbaycan xalqının böyük uğuru kimi qiymətləndirib

image

I Avropa Oyunlarının bağlanış mərasimində iştirak etmək üçün Bakıda səfərdə olan Bolqarıstan Respublikasının prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Rosen Plevneliyev mərkəzin üzvlərini qəbul edib. Bolqarıstan prezidenti tarixdə ilk dəfə baş tutan I Avropa Oyunlarının yüksək səviyyədə təşkilini vurğulayaraq, bunu Azərbaycan xalqının böyük uğuru kimi qiymətləndirib.

Diasporla İş üzrə Dövlət Komitəsindən qəzetimizə verilən məlumata görə, görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin gələcək fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb. Mərkəzin işini yüksək qiymətləndirən Rosen Plevneliyev xüsusilə bu ilin aprel ayında keçirilmiş III Qlobal Bakı Forumunun artıq dünyanın siyasi toplantılarından birinə çevrildiyini qeyd edib. Bolqarıstan prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin növbəti toplantısını Sofiyada keçirməyi təklif edib.

Toplantıda I Avropa Oyunlarının bağlanış mərasimində iştirak etmək üçün Bakıda səfərdə olan mərkəzin üzvləri, İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldin, Latviyanin sabiq prezidenti Vayra Vike-Frayberqa, Serbiyanın sabiq prezidenti Boris Tadiç, Ukraynanın sabiq prezidenti Viktor Yuşşenko, Bolqarıstanın sabiq prezidenti Petar Stoyanov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Bolqarıstan Respublikasının Azərbaycandakı səfiri Maya Hristova və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin əməkdaşları iştirak ediblər.

ZÜMRÜD

Digər xəbərlər