PDF Oxu

Əsas

  • 1 844

Tarixin yeni bir şərəfli səhfəsi yazıldı

image

İlk Avropa Oyunlarının uğurla başa çatması ölkəmizin dünya səviyyəsində nufuzunun daha da artmasına təkan oldu. Artıq birmənalı şəkldə demək olar ki, Azərbaycan bütün sahələrdə olduğu kimi, idman sahəsindədə birincilərdəndir. Söhbət etdiyimiz müsahiblərimiz də ilk Avropa Oyunlarının keçirilməsi ilə Azərbaycan tarixinə yeni bir şərəfli səhfə yazdıldığını bildirdilər.

Korrupsiyaya qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov:

- Azərbaycanın ilk Avropa Oyunlarına ev sahibliyi etməsi olduqca mühüm hadisədir. Ölkədə mövcud olan və yaradılan idman infrastrukturu yarışların yüksək səviyyədə keçirilməsinə imkan verdi. Bizim ölkədə keçirilən bu oyunlar hər zaman digər ölkələr üçün nümunə olacaq. Ümumiyyətlə, I Avropa Oyunlarının Azərbaycanda yüksək səviyyədə keçirilməsi bir daha sübut etdi ki, Azərbaycan dövləti nəyə qadirdir. Başlıcası vətənimizdə keçirilən bu oyunlar bir daha bizim gücümüzü sübut etmiş oldu.

Görünən odur ki, Azərbaycan dövlətinin əldə etdiyi uğurlara dünyanın bəzi gücləri qısqanclıqla yanaşırlar. Bütün bunlar ilk Avropa Oyunları ərəfəsində ölkəmizə qarşı "qara piar" kampaniyası aparan bədxahlarımıza, antiazərbaycançı dairələrə, ermənipərəst qüvvələrə böyük zərbədir. Uğurlu nəticə onların məkrli plan və məqsədlərini alt-üst edərək, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqda əvəzsiz rol oynayacaq.

İnsan Hüquqları XXI əsr Fondunun sədri Şahin Camalov:

- Birinci Avropa Oyunlarının müvəffəqiyyətlə keçirilməsi ölkəmizin onsuz da yüksək olan beynəlxalq nüfuzunu daha da artıracaq. Azərbaycanın təkcə iqtisadi deyil, humanitar və idman tədbirlərini də yüksək səviyyədə təşkiletmə bacarığını bütün dünyaya nümayiş etdirdi. Yüz minlərlə insan bu yarışları izləyərək müasir, gündən-günə çiçəklənən Azərbaycanı yaxından tanıdılar. Qonaqlar ölkəmizin dinamik inkişaf edən iqitsadiyyatı, turizm məkanları, maddi-mədəniyyət nümunələri, milli-mənəvi sərvətləri haqqında geniş məlumat əldə etdilər. Azərbaycan dövləti I Avropa Oyunlarını keçirməklə bir tarix yazdı.

GÜLYANƏ