PDF Oxu

Əsas

  • 1 816

Əkbər Qoşalı: "Daha çox arzuolunan koalisiya modeli AKP-MHP modelidir"

image
"Türkiyədə azad və demokratik şəkildə parlamentə seçkilər keçirməklə dünya demokratiya tarixinə daha bir səhifə yazdı". Bunu SİA-ya açıqlamasında Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı bildirib. Onun sözlərinə görə, Türkiyədə keçirilən parlament seçkiləri əksər ölkələr üçün bir nümunədir: "Hazırkı məqamda çox fərqli, xüsusilə də koalisyon hökümətin qurulması yönümündə müzakirələr aparılmaqdadır. Məlumdur ki, AKP təkbaşına hökumət qurmaq imkanına malik deyil. O, ya başqa partiyanı dəstəkləməklə hökumət qura bilər, ya da koalisiya çəkilində hökumət qurulmasında iştirak edə bilər. Türkiyə parlamentinə başqanın seçilməsi prosesinin özü də onu göstərdi ki, hələ ziddiyyətlər qalmaqdadır. Hazırda məlumdur ki, son seçkilərdə ən çox səs toplamış partiyanın Türkiyə Böyük Millət Məclisi başqanın irəli sürdüyü şəxs qalib gəldi. O, qalib gələrkən ayrı-ayrı partiyaların göstərdiyi münasibət və yaxud göstərdiyi münasibətsizlik onu gösrətməkdədir ki, hökümətin qurulması heç də asan olmayacaqdır".

Ə.Qoşalılnın sözlərinə görə, hökumətin qurulmasında hər bir partiyanın özünün maraqları var: "Əgər hakim partiya hansısa bir partiya ilə koalisiya qurmalıdırsa, hər bir partiya da o koalisiyanın ortağı olaraq öz şərtlərini irəli sürməkdədir. Türk dünyası və Türkiyənin özü, o cümlədən də bizim üçün daha çox arzuolunan koalisiya modeli AKP-MHP modelidir.

Ancaq bu qərarı türk xalqı verməlidir. Düşünmürəm ki, hər hansı bir modelin ortaya çıxmasından asılı olmayaraq Azərbaycanla Türkiyə arasında mövcud olan dostluğa, qardaşlığa xələl gətirməz".

GÜLYANƏ