MİA

  • 6 341

Rusiyalı politoloq: Makronun Qarabağda məqsədi birdir- təxribat! – MÜSAHİBƏ

image

Nadejda Uzunova: Qərbin vəzifəsi Ermənistandan öz problemlərini həll etmək üçün alət kimi istifadə etməyə davam etməkdir

Fransa prezidenti Emmanuel Makron ölkəsində polisin iyunun 27-də 17 yaşlı gənci güllələnməsindən sonra davam edən ən ağır iğtişaşlar fonunda erməni icması ilə görüşü və Qarabağla bağlı bir sıra təxribat xarakterli bəyanatlar verməyi niyə zəruri hesab edib? Parisin Cənubi Qafqazda maraqları nədən ibarətdir? Fransa üzrə politoloq və ekspert Nadejda Uzunova “Moskva-Baku” portalına müsahibəsində vəziyyəti təhlil edib. Ekspertin müsahibəsini oxucularımza təqdim edirik.

- Fransa Prezidenti Emmanuel Makron Marselə gələn Ermənistanın ictimaiyyətinin, xüsusilə də erməni radikal müxalifət nümayəndələri ilə görüşməyi vacib hesab edib. Görüşdə Fransa lideri Ermənistan-Azərbaycan nizamlanması ilə bağlı bir sıra kifayət qədər konkret bəyanatlar verib. Xüsusilə, o, Ermənistanın baş nazirinə, Azərbaycan prezidentinə “Qarabağla bağlı (burada isə onun mövqeyi qətidir) və Ermənistan-Azərbaycan prosesinin digər aspektləri ilə bağlı daha çox təzyiqlər etdiyini bəyan edib. Və qeyd edib ki, beynəlxalq aləmdə “Artsax” məsələsini qaldıran yeganə şəxsdir.

- Məncə, Makron məhz NATO ilə Rusiya arasında qarşıdurmanın kəskinləşməsi fonunda Cənubi Qafqaz trasında aktiv şəkildə özünü göstərməyə başladı. Biz xatırlayırıq ki, Rusiya İkinci Qarabağ Müharibəsindən sonra Moskvanın vasitəçiliyi ilə Ermənistan-Azərbaycan münaqişəsinin tarixi nizamlanmasına başladıqdan sonra Qərb “tərəfdaşları”, xüsusən də Fransa bu məsələ ilə bağlı Rusiya tərəfinə hədsiz dərəcədə narazılıq ifadə etmişdilər.

Parislə Moskvanın isə, bildiyiniz kimi, müəyyən siyasi rəqabəti var- Afrikada Rusiya son illər öz mövqelərini gücləndirib, Fransanın isə mövqeyi isə arsıdılıb. Ona görə də Fransa Cənubi Qafqaz yolunda bir neçə ssenari həyata keçirir: bir tərəfdən Afrika üçün Rusiya Federasiyasından qisas alır, digər tərəfdən isə bu amil daha ciddidir, Paris NATO-nun maraqlarından çıxış edir, Rusiya ilə Qərb arasında qlobal qarşıdurma fonunda bütövlükdə Qərbi təmsil edir.

Rusiya qədər heç kim Zaqafqaziyada sülhün qorunmasında maraqlı deyil, ona görə də nizamlamada balanslı hərəkət edir. Makron öz ambisiyalarını və Qərbin siyasətini dərk edərək özünü balanssız aparır, çünki bütövlükdə Qərb kimi Parisin məqsədi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması deyil, sabitliyin pozulması, o cümlədən Rusiya ilə Ermənistan arasında toqquşmadır. Ona görə də Paris (Fransa ilə Ermənistanın yaxınlığının tarixi faktorunun təsiri ilə yanaşı) İrəvanın tərəfində oynayır. Amma bu yaxınlıq faktoru xəyali xarakter daşıyır. Fransa və Qərbin Cənubi Qafqazda qarşıya qoyduğu vəzifələrin həllində vasitəçi ölkə məhz Ermənistandır.

Fransanın Ermənistan-Azərbaycan sərhədində Aİ-nin monitorinq missiyasının işində bu qədər fəal olması, fransızların heç bir başqa ölkədən siyasətçilərin gəlmədiyi şəkildə kifayət qədər müntəzəm olaraq Ermənistana gəlməsi əbəs yerə deyil. Onlar Aİ-nin monitorinq missiyası ilə birlikdə Ermənistan-Azərbaycan sərhədinə gələrək, Bakı ilə İrəvan arasında nizamlanmanı asanlaşdıran bəzi bəyanatlar deyil, əksinə, həm Azərbaycan, həm də Rusiya tərəfindən qıcıq doğuran bəyanatlar səsləndirirlər.

Odur ki, Makronun Marseldə erməni icması ilə görüşü Fransa liderinin onun üçün vacib siyasi tapşırıqların iş qaydasında qərar verməsi kimi şərh edilə bilər. O vaxt iğtişaşlar təzəcə başlayırdı (Fransada iğtişaşlar artıq normaya çevrilmişdi) və Fransa prezidenti ümid edirdi ki, onları tez bir zamanda söndürmək olar.

Bundan əlavə, istənilən halda iyunun 1-də Kişinyovda Azərbaycan prezidenti, Ermənistanın baş naziri, Fransa prezidenti, Almaniya kansleri və Avropa İttifaqı Şurasının rəhbərinin beştərəfli görüşü olub. Makron Parisin Ermənistan-Azərbaycan prosesinə hansısa böyük təsiri olduğunu iddia etməkdə davam etmək istəyir. Baxmayaraq ki, ümumiyyətlə, bu belə deyil. Makronun Marseldə erməni ictimaiyyətinə, ən əsası isə erməni radikal müxalifətinə onun onların tərəfində olması, bütün dünyada Qarabağ separatçıları mövzusunu gündəmə gətirən, demək olar ki, ən önəmli şəxs olması, onun gurultulu bəyanatları da bundan irəli gəldiyi barədə danışıb. O, bu məsələdə Ermənistan hakimiyyətinin özündən də daha fəal lobbiçilik edir.

Həmin Makron danışıqlarda vəziyyəti daha da mürəkkəbləşdirmək üçün Ermənistan-Azərbaycan prosesindəki ən çətin məsələdən istifadə edir. Bu, həm dünyanın ən böyük icmalarından biri olan Fransa daxilindəki erməni icmasına, həm də Ermənistanın müxalifətinə qarşı belə bir oyundur– bu görüşdə son dərəcə vacib və diqqəti cəlb edən detaldır. Yəni, dediyim kimi, Parisin və Qərbin vəzifəsi Ermənistandan öz problemlərini həll etmək üçün alət kimi istifadə etməyə davam etməkdir. Ona görə də Makron açıqlamalarında həm də erməni müxalifətinə işləyir. Məqsəd Ermənistan hakimiyyətini razı salmaq deyil, öz ölkəsində əsasən radikal erməni müxalifətindən ibarət erməni icması ilə oynamaq, Cənubi Qafqazda sabitliyin pozulması ilə öz problemlərini həll etməkdir.

Biz görürük ki, Makron hər dəfə iyunun 1-də Kişinyovda olduğu kimi, danışıqlar prosesinə “sürünməyi” bacaranda, hər şey rəsmi Bakının bəyan etdiyi bir növ Azərbaycan üçün qəbuledilməz olan təxribat xarakterli bəyanatla bitir.

Makronun öz bəyanatlarında dəfələrlə Rusiya və Azərbaycanın Cənubi Qafqaz trasında birlikdə təmsil olunduğunu vurğulamağa necə cəhd etdiyini xatırlayırıq. Və o qədər acınacaqlı təxribat xarakterli bəyanatlar səsləndirir ki, Azərbaycan prezidenti ötən ilin sonunda dedi ki, Paris artıq Ermənistan-Azərbaycan nizamlanmasında vasitəçi ola bilməz. Makrona sonra Kişinyovda yenidən şans verildi, amma heç nə dəyişmədi. Çünki Fransanın məqsədi birdir- nizamlanma yox, təxribat.

Azərbaycanla Ermənistan arasında əsas vasitəçi kimi danışıqlar aparan Rusiyanı sıxışdırmaq cəhdi, onu regionda sülhün real təminatçısı kimi gözdən salmaq cəhdi var. Onlar Rusiyanı gözdən salmaq istəyirlər, lakin bu, münaqişəni daha da dərinləşdirə bilər. Azərbaycan və Ermənistan belə bir çətinliklə nizamlanmaya doğru irəliləyir. Rusiyanı gizlicə sıxışdırıb sıxışdırıb Zaqafqaziyada yeni münaqişəni alovlandırmağa cəhd edirlər. Bölgədə kombinasiya oynamaq, situasiyalarda, insanların həyatında oynamaq istəyirlər. Rusiya uzunmüddətli nizamlanmada maraqlıdır. Qüvvələr Fransadan istifadə edərək müdaxilə edərsə vəziyyət daha da gərginləşəcək. Onlar müdaxilə edib getdilər və region ölkələri yenidən münaqişə vəziyyətindədir.

Rusiya Ukrayna ətrafındakı vəziyyətlə bağlı nə qədər uğurlu hərəkət etsə, digər strateji istiqamətlərdə də vəziyyət bir o qədər yaxşı inkişaf edəcək.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər