MİA

  • 5 415

İrəvan çaşsa, Azərbaycanın hərbi qüdrəti Ermənistanın üzərindən keçəcək – Rusiyalı ekspertlər

image

“Ermənistan tərəfindən hər hansı təxribat cəhdləri olarsa, onlar Azərbaycandan qəti cavab alacaqlar və Rusiya sadəcə olaraq Yerevanın bütün yardım xahişlərinə məhəl qoymayacaq”

.

Qərbə qaçan Ermənistanla onu saxlamağa çalışan Rusiya arasında münasibətlər sürətlə pisləşməkdə davam edir. Eyni zamanda, erməni tərəfi belə bir prinsipdən çıxış edir: xəyanətə haqq qazandırmağın ən yaxşı yolu hücuma keçməkdir. Və bu dəfə bu hiyləgər texnikadan Ermənistanın baş naziri Paşinyan istifadə edib.

Ötən gün o, bəyanat verdi ki, Rusiyanın Ermənistan qarşısında yerinə yetirmədiyi öhdəlikləri var. “Rusiyalı tərəfdaşlarımız bizə heç nə göstərə və deyə bilməzlər: “Burada sizin öhdəlikləriniz var idi və siz onları yerinə yetirmədiniz”. Biz bunu göstərə bilərik və belə edirik. Biz haqlı suallar qaldırırıq və onlara dolğun cavab gözləyirik”,- Paşinyan Brüsseldə keçiriləcək görüşdən ruhlanaraq bildirib.

Rusiya ilə Ermənistanın münasibətlərində başqa nə gözləmək olar? Sabah Ermənistan nəhayət ki, Qərbdən verilən vədlər müqabilində keçmiş müttəfiqini satarsa, Rusiyanın cavabı nə ola bilər? Rusiyalı politoloqlar “Caliber” analitik mərkəzinə şərhlərində bu suallara cavab veriblər. Ekspertlərin fikirlərini oxucularımıza təqdim edirik.

.

“Rusiya Ermənistana kömək etmək niyyətində deyil”

.

MDB ölkələri üzrə ekspert, Avrasiya Problemlərinin Monitorinqi Mərkəzinin direktoru Aslan Rubayevin sözlərinə görə, milçəkləri kotletlərdən dərhal ayırmaq lazımdır.

“Birincisi, Qarabağ 30 il Ermənistanın işğalı altında olan Azərbaycanın ərazisidir. Azərbaycan sadəcə olaraq öz tarixi ərazisini geri qaytardı. Rusiya heç vaxt Qarabağa nəzarət etməyib, ora Ermənistanın işğalı altında olub.

İkincisi, Moskva Rusiya Federasiyasının tərkibində olmayan ərazini müdafiə edə bilməz, üstəlik bu ərazi beynəlxalq hüquqa zidd olaraq ələ keçirilmişdi. Ona görə də Paşinyanın bu mövzuda ritorikası tamamilə anlaşılmazdır, çünki tamamilə aydındır ki, İrəvan indi bütün qərarları Qərb strukturlarının diktəsi ilə qəbul edir. Paşinyanın demək olar ki, atdığı hər bir addım Qərbdən idarə olunur”,- politoloq vurğulayıb.

Onun fikrincə, problem ondadır ki, Ermənistanın özü nə istədiyini bilmir, amma fakt odur ki, İrəvan regiondan kənar oyunçuların- Fransa və ABŞ-ın iştirakı ilə regionda böyük yanğın yandırmağa hazırlaşır.

“Qlobal beynəlxalq münaqişə yarana bilərdi və Allaha şükürlər olsun ki, Azərbaycan, Rusiya və Türkiyə bu fəlakətin qarşısını almaq üçün kifayət qədər müdrik olublar. İndi də Bakı, Ankara və Moskva dağıdıcı planlara müqavimət göstərirlər”,- Rubayev qeyd edib.

Onun sözlərinə görə, Paşinyan bu gün yenidən münaqişə platosuna çatmaq istəyir, lakin buna nail olmayacaq.

“Ermənistan tərəfindən hər hansı təxribat cəhdləri olarsa, onlar Azərbaycandan qəti cavab alacaqlar və Rusiya sadəcə olaraq Yerevanın bütün yardım xahişlərinə məhəl qoymayacaq. Onda Ermənistan Azərbaycanla üz-üzə gələcək və Azərbaycanın hərbi gücü Ermənistanın üzərindən keçəcək. Paşinyan bu gün sadəcə olaraq riskləri qiymətləndirmir. Rusiya Ermənistana kömək etmək niyyətində deyil”, - Rubayev əmindir.

.

“Ermənistan suverenliyini itirə bilər”

.

Rusiyalı politoloq Renat Savinin fikrincə, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrəvanın hər bir yeni ixtirasını şərh edərkən bildirdi ki, İrəvan ironik intonasiyalardan əl çəkməsə, Rusiyaya qarşı əsassız ittihamlar irəli sürməyi və erməni yalanlarının axınını dayandırmasa, Moskvanın səbri açıq-aşkar tükənəcək.

“Rusiya Xarici İşlər Nazirliyinin sərt notaları açıq şəkildə göstərir ki, Moskva artıq İrəvana güzəştə getmək niyyətində deyil və çox qətiyyətli addımlara hazırdır. Əgər Ermənistan sakitləşməsə və Rusiyanın maraqlarına xəyanət etsə, onu çox acınacaqlı nəticələr gözləyir, o cümlədən sabah itirəcəyi suverenliyini geri qazanmaq üçün çox gec olacaq.

Məsələ burasındadır ki, Paşinyan hələ ki, qəti və dönməz şəkildə taleyin mərhəmətinə buraxılan vəziyyətə düşməyib. Qərbdəki ekspertlər onu əmin edirlər ki, Moskva münasibətlərin tam kəsilməsi ilə razılaşmayacaq və İrəvan gözəl şəkildə xahiş etsə, Paşinyanın müraciətlərinə müsbət cavab verəcək. Amma bu, belə deyil, mən əminəm ki, Rusiya İrəvana təzyiq göstərmək üçün artıq fövqəladə tədbirlərin siyahısını hazırlayıb və sadəcə, onların həyata keçirilməsi anını gözləyir. Paşinyan psixoloji reformasiya vəziyyətindədir, Qərbdən gələn dostlar onu heç bir təhlükənin olmadığına inandırırlar. Reallığa qayıdıb Azərbaycana və Rusiyaya edilən və deyilən hər şeyə görə cavab vermək daha dəhşətli olacaq”, - deyə R.Savin yekunlaşdırıb.

.

Tərcümə - Elçin Bayramlı

Digər xəbərlər